Salyanda qarpız daşıyan yük maşını aşdı: Ölən var ”“ FOTO

Hazırda oxunan: Salyanda qarpız daşıyan yük maşını aşdı: Ölən var ”“ FOTO

90137

Azərbaycanın Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb. “Opel”x9d markalı minik avtomobili qarpız daşıyan “QAZel”x9d markalı yük maşını ilə toqquşub.

Zərbənin təsirindən yük maşını aşıb, içindəki qarpızlar yola tökülüb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü ölüb. Sərnişinlərindən bir qadın və bir uşaq olmaqla iki nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır. Qəza nəticəsində ölən və yaralananların olub-olmaması barədə araşdırmalar başa çatandan sonra məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin