Narkotik satışında təqsirləndirilən qadının cəzası 6 ilə endirildi

Hazırda oxunan: Narkotik satışında təqsirləndirilən qadının cəzası 6 ilə endirildi

90049
Onun üzərində və evində narkotik maddə hesab edilən tiryək aşkar olunub.

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Rəna Abdullayevanın CM-nin 206.3.2 (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama), 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb. 

Oxu.Az xəbər verir ki, bu ilin mart ayında Nəsimi RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində şübhəli şəxs qismində Rəna Abdullayevanı saxlayıblar. Onun üzərində və evində aparılan axtarış zamanı külli miqdarda narkotik maddə hesab edilən tiryək aşkar olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən qadın 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən Rəna Abdullayeva apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Qərara əsasən, qadının cəzası 8 ildən 6 il 6 ay müddətinə endirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin