Babasının silahını satan şəxs tutuldu

Hazırda oxunan: Babasının silahını satan şəxs tutuldu

88964
Azərbaycanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Binəqədi rayon sakini Azər Xudaverdiyevin qanunsuz olaraq odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarənin əməkdaşları Azər Xudaverdiyevi saxlayıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 ədəd tapança patronu aşkar edilsə də, həmin silah tapılmayıb. İlkin araşdırmalar zamanı Azər Xudaverdiyev silahı satmaq üçün Elzami adlı şəxsə verdiyini bildirib. Keçirilən növbəti əməliyyat-tədbirləri nəticəsində 33 yaşlı Yevlax rayon sakini Elzami Əliyev də polislər tərəfindən tutularaq məsuliyyətə cəlb edilib. Əməliyyat tədbirinin davamı olaraq Baş İdarə əməkdaşları tərəfindən Elzami Əliyevin tapançanı satmaq niyyəti ilə verdiyi Nərimanov rayon sakini Elşad Həsənov da tutulub. Onun yaşadığı evə baxış keçirilən zaman Almaniya istehsal “Valter-P38”x9d tipli tapança götürülüb.

Azər Xudaverdiyev nadir tipli tapançanın ona İkinci Dünya Müharibəsində iştirak edən babasından yadigar qaldığını, onu uzun illər xüsusi qulluq göstərərək qoruduğunu bildirib.

Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. //Report.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin