Jurnalistin həbsinin baiskarından gecikmiş etiraf - FOTO

Hazırda oxunan: Jurnalistin həbsinin baiskarından gecikmiş etiraf - FOTO

88433
Araşdırmaçı jurnalist, "Azadlıq" qəzetinin keçmiş müxbiri Ərşad İbrahimli Kəlbəcər Rayon Təhsil Şöbəsinin keçmiş müdiri, hal - hazırda çoxsaylı vəzifə və korrupsiya cinayətləri ilə həbs olunaraq barəsində məhkəmə istintaqı aparılan Məhəmməd Bağırovun qondarma ittihamları əsasında 11 il azadlıqdan məhrum edilməsi və Gəncə Apellyasiya Məhkəməsi tərəfindən cəzasının bir azaldılaraq barəsində 10 il azadlıqdan məhrumedilmə cəzası saxlanılması mətbuatda dəfələrlə yazılıb. 

Xatırladaq ki, Ərşad İbrahimli məhz eks şöbə müdirinin korrupsiya cinayətlərini ifşa etdiyi və bu materialların Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə təqdim edilməsindən sonra münasibətləri kəskinləşmişdi və M. Bağırov  Ərşad İbrahimliyə nəyin bahasına olur - olsun onu həbs etdirəcəyini bildirmişdi. M. Bağırov dediyini etsə də özü də həbsdən yaxa qurtara bilmədi...

Üstündən bir il yarım keçdikdən sonra Ərşad İbrahimlinin ailə üzvləri Moderator.az - a bir maraqlı ərizə təqdim ediblər. Ərizə Kəlbəcər Təhsil Şöbəsinin anbardarı Elburus Mehdiyevə məxsusdur və xatırladaq ki, Məhəmməd Bağırov məhz Elburus Mehdiyevin saxta şahid ifadələrinə əsasən Ərşad İbrahimlinin həbsinə nail olmuşdu. O vaxt Elburus Mehdiyev istintaqda bildirmişdi ki, Ərşad məhz onun yanında Məhəmməd Bağırovdan rüşvət tələb edib və bunu öz qulaqlarıyla eşidib. Amma iş işdən keçəndən sonra gecikmiş etirafda bulunub. Əslində məktub məhz məhkəmə prosesində hakimlərə təqdim olunduğundan gecikmiş hesab olunmamalıydı, amma Ərşadın həbsi üçün yuxarıdan göstəriş alan hakimlər bu cür daşdan keçən təkzibə əhəmiyyət verməyiblər...

İndi həmin ərizəni təqdim edirik və ümid edirik ki, heç ollmasa Ali Məhkəmədə bu ərizə bir işə yarayacaq və tamamilə qanunsuz olaraq o cür ağır cəzaya məhkum edilmiş jurnalistə bəraət veriləcək:

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi polkovnik Faiq Şabanov cənablarına 

Kəlbəcər rayon köçkünü Elburus Mehdiyev tərəfindən
                   
 Ərizə 

Yazıb sizə bildirirəm ki, Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsində jurnalist Ərşad İbrahimov barəsində şahid qismində izahat vermişəm. Bu gün ərizə yazmaqda məqsədim ondan ibarətdir ki, vermiş olduğum izahat qərəzli olub, ona görə ki, jurnalist Ərşad İbrahimov mənim işdədiyim Kəlbəcər Təhsil Şöbəsinin anbarından mətbuada qərəzli, həqiqətə uyğun olmayan məqalə yazmışdı, ona görə mən də hirslənib onun barəsində bu cür ifadə vermişəm. Hal - hazırda biz barışmışıq, mənim istintaqa verdiyim ifadəni əsassız saymanızı Sizdən xahiş edirəm.
 
İmza                Mehdiyev Elburus
   
06.01.2014 cü il

Jurnalistin həbsinin baiskarından gecikmiş etiraf <i style= - FOTO" src="//old.moderator.az/fotobaza/original/7311.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin