Bakıya gətirilən kolbasalarda at-eşşək əti tapıldı

Hazırda oxunan: Bakıya gətirilən kolbasalarda at-eşşək əti tapıldı

86284
Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi bu ölkənin məşhur firmalarına məxsus ət məhsullarında at, eşşək və donuz əti aşkarlayıb.

Nazirliyin yaydığı açıqlamada deyilir ki, məhsullarında icazə verilməyən qatqılar aşkarlanmış şirkətlərin siyahısında bir çox ölkələrə, o cümlədən də Azərbaycana məhsul ixrac edən tanınmış firmaların adı var.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, müayinələrin nəticələrinə görə, kolbasa və sosislərdə at və eşşək ətinə, ətçəkəndən keçirilmiş və dilimlənmiş ət qablaşdırmalarında isə donuz ətinə və piyinə rast gəlinib. Yağlı pendir və kərə yağlarında isə heyvan piyləri aşkarlanıb.

Məsələn, “Nazifoğlu”x9d firmasının istehsal etdiyi, 100 faiz dana əti olduğu iddia edilən kolbasalara at və eşşək əti qarışdırılıb.

“Çiftarslanlı”x9d markası adı istehsal olunan  “Çiftarslanlı”x9d ət və ət məhsullarına da at və eşşək əti vurulduğu aşkarlanıb.

“Elmalı çifliyi”x9d markalı kərə yağlarının jelatin və heyvan yağları qarışdırıldığı bəlli olub.

“Akdeniz”x9d və “Onurköy”x9d əmtəə nişanlı qatıq və yoqurtlara bitki mənşəli yağlar və jelatin qatılıb.

“İlgaz yaylası”x9d markalı tulum pendirinin tərkibinə nişasta vurulub.

“Bacanaklar Güldem Süt”x9d firmasının pendirinin tərkibinə günəbaxan yağı vurulub.

“Balderesi”x9d markası ilə istehsal edilən süzmə çiçək balının tərkibində şəkər və qatqılar aşkarlanıb.

“Milenyum pide”x9d markalı məhsullara donuz əti qatılıb.

Xatırladaq ki, bu firmaların məhsulları Bakının marketlərində də satılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin