Azərbaycanda yeni reketlər peyda olub - Qanunsuzluq

Hazırda oxunan: Azərbaycanda yeni reketlər peyda olub - Qanunsuzluq

85995
Bu reketlər vətəndaşların evlərinə gəlirlər, telefonla zəng vururlar, hədə-qorxu gəlirlər. Hədə ilə vətəndaşdan tələb edirlər ki, hansısa banka olan borcu qaytarsınlar. Həm də ki, belə tələblər irəli sürənlər real borcu deyil, qat-qat üstün məbləğdə ödəniş edilməsini istəyirlər. 

  Milli.az xəbər verir ki, yeni reketlərin fəaliyyəti sosial şəbəkədə geniş müzakirə olunur.  

 Jurnalist Mahir Məmmədli yazır ki, bankların xidmÓ™tindÓ™n reket kimi istifadÓ™ etdiyi kollektor agentliyinin qoçuları ilÓ™ bir il Ó™vvÓ™l tanış olub. Bankların birinə 200 manat civarında borcu var idi:   

"Bir nÓ™fÓ™r zÓ™ng vurdu ki, sÓ™nin banka 1300 manat (!) borcun var. Dedim ki, bu, hÓ™qiqÓ™t deyil. Bundan sonra mÓ™ni vÓ™ zamin dostumun GÓ™ncÓ™dÓ™ki ailÓ™sini narahat etmÓ™yÓ™ başladılar. NÓ™hayÓ™t, mÓ™lum oldu ki, bu adam bank işçisi deyil, keçmiş reket jurnalistdir vÓ™ Bakı Kollektor AgentliyindÓ™ işlÓ™yir. İsrar elÓ™yirdi ki, ona Ó™lbÓ™Ó™l 1300 manat verim. MÓ™n isÓ™ Unibank-ın ödÓ™mÓ™ aparatından 300 manat ödÓ™dim vÓ™ kollektora nÓ™ğd pul vermÓ™dim. VÓ™... bir gün hÓ™min adam dedi ki, 200-300 manat ver, sÓ™nin borcunu sildirim. ŞübhÓ™lÓ™ndim, getdim banka, aydın oldu ki, borcumdan artıq ödÓ™niş etmişÓ™m. Artıq ödÓ™nişi geri qaytardılar. Bundan sonra eşitdim ki, borc bağlanandan sonra keçmiş reket jurnalist, indiki reket kollektor zamin dostuma zÓ™ng vurub ki, telefon şirkÓ™tindÓ™ işlÓ™yirsÓ™n, mÓ™nÓ™ kameralı telefon ver, söhbÓ™t bitsin. Banklar belÓ™ fırıldaqçılardan istifadÓ™ edirlÓ™r, borcluları bezdirirlÓ™r. MÓ™ni aldada bilmÓ™dilÓ™r. Amma indiyÓ™ qÓ™dÓ™r aldananlar da çox olub yÓ™qin ki".   

Məsələnin kifayət qədər ciddi olduğunu nəzərə alaraq, məsələni araşdırmağa, bu cür qurumların fəaliyyətinin nə qədər leqal olduğunu öyrənməyə çalışdıq.   Hüquqşünas Ənnağı Hacıbəyli deyir ki, belə qurumların fəaliyyətinin hüquqa heç bir aidiyyəti yoxdur.   "Kimsə bankdan kreditlə pul götürübsə, bu müqavilə münasibətidir. Krediti qaytarmayan adamdan yalnız məhkəmə yolu ilə tələb etmək olar. Ya könüllü ödəməlidir, ya da ki məhkəmə yolu ilə ödəmək olar. Hansısa təşkilatlarla bankların müqavilələri ola bilər. Adətən hüquq firmaları ilə olur belə müqavilələr. Onlar da danışıqlar yolu ilə çalışırlar ki, problemi həll etsinlər. Kiməsə hədə-qorxu gəlmək, artıq pul tələb etmək, sözsüz ki, qanunsuzdur. Belə hadisələrlə üzləşən adamlar hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər", - o əlavə edib.     Hüquqşünas deyir ki, "kollektor agentlikləri" hədə-qorxu gəlirlər, ancaq vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edəndə onlar hədə-qorxu gəldiklərini dana bilərlər. Çünki vətəndaşın əlində əgər telefon danışığının lent yazısı, video görüntü və ya başqa sübut yoxdursa, heç nə sübut edə bilməyəcəklər. Onlar da iddia edəcəklər ki, guya hədə-qorxu gəlmirlər. Sadəcə, qanun çərçivəsində tələb edirlər ki, borcu ödəsin.   Azərbaycanda fəaliyyət göstərən kollektor agentliklərindən birinin rəsmi internet səhifəsi də var. Orada fəaliyyətləri barədə belə məlumat verilir:   Soft collection (yumşaq toplama) - vaxtı ötmüş borclarla işin başlanğıc mərhələsi, onun gedişində kollektor agentliyi borclu ilə məsafədən ünsiyyət qurur: ona borc haqqında poçt bildirişi, SMS-məlumat göndərir, telefonla zəng vurur və elektron poçtla məktublar göndərir;   Hard collection (sərt toplama) - Agentliyin əməkdaşları borclu ilə onun yaşadığı yerdə və ya iş yerində şəxsi əlaqə həyata keçirirlər.   Legal collection (hüquqi toplama) - kollektorlar borcluya münasibətdə məhkəmə araşdırması açırlar və məhkəmədə kreditorun maraqlarını məhkəmədə təmsil edirlər.   Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə, hədə-qorxu ilə pul tələb etmək cinayət məsuliyyəti nəzərdə tutur. Cinayət Məcəlləsinin 182.1. maddəsinə əsasən, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.   Vətəndaşları da belə reketlərə qarşı diqqətli olmağa çağırırıq. Kimsə evinizə gəlib sizdən hədə-qorxu ilə pul tələb edərsə, onun barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verməniz kifayətdir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin