Zavodda baş verən partlayışla bağlı ”” Cinayət işi açıldı

Hazırda oxunan: Zavodda baş verən partlayışla bağlı ”” Cinayət işi açıldı

84704

Müdafiə Sənayesi Nazirliyinin Telemexanika zavodunda baş verən qəza ilə bağlı cinayət işi açılıb. 

Şirvan şəhər Prokurorluğundan verilən məlumata görə, bu gün Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, bu gün saat 11:30 radələrində zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın  baş verib.

Baş verən hadisə zamanı 1 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb. (APA)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin