Bakıda 25 yaşlı oğlan qətlə yetirilib

Hazırda oxunan: Bakıda 25 yaşlı oğlan qətlə yetirilib

83682
Bakıda qətl törədilib

Hadisə Nərimanov rayonunda qeydə alınıb. Yasamal rayon sakini, 1990-cı il təvəllüdlü Nazim Ələkbərov naməlum şəxs tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralını xilas etmək mümkün olmayıb.
 
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 1991-ci il təvəllüdlü Kamran Həsənzadə olması müəyyən edilib və o saxlanılıb.
 
Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.(apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin