Xəzərdə qanunsuz ovla məşğul olan azərbaycanlılara hökm oxundu

Hazırda oxunan: Xəzərdə qanunsuz ovla məşğul olan azərbaycanlılara hökm oxundu

83590
Onlar Rusiyaya 2 milyon rubldan çox zərər vurublar.

İstintaq və məhkəmə tərəfindən 2014-cü ilin may ayında üç azərbaycanlının “Bayda”x9d tipli kiçik gəmi ilə Xəzərin şimal hissəsinə gedərək Həştərxan vilayətinin Kamızyak rayonunun Malıy Jemçujnı adasında ümumi uzunluğu 1408 metr olan 14 tor quraraq qanunsuz nərə balığı ovladıqları müəyyən edilib.

Moderator.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu qanunsuz fəaliyyətin qarşısı Kalmıkiya respublikası və Həştərxan vilayəti üzrə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin əməkdaşları tərəfindən alınıb.

Torlar sudan çıxarılarkən nərəkimilər növündən olan 486 balıq aşkarlanıb. Azərbaycan vətəndaşları bu qanunsuz fəaliyyətlə Rusiyaya 2 milyon rubldan çox zərər vurublar.

Məhkəmənin qərarı ilə cinayətkar qrupun təşkilatçısı Xəqani Müseyibova 5 il 6 ay, Rzayev və Mahmudova isə 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Cinayət aləti müsadirə edilib.

Bundan başqa, “Qarmin”x9d tipli naviqasiya cihazı, 8 plastik benzin çəlləyi və qayıq da müsadirə edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin