Xəyalə Türkiyəyə alverə getdi, pulsuz qaldı, Rəvanənin toruna düşdü

Hazırda oxunan: Xəyalə Türkiyəyə alverə getdi, pulsuz qaldı, Rəvanənin toruna düşdü

83101
Azərbaycandan Türkiyənin Adana vilayətinə ticarət məqsədi ilə gedən, lakin atası xəstələndiyi üçün geri dönmək istəyən qadın pulsuz qalaraq digər azərbaycanlı qadının toruna düşüb və fahişəliyə sürüklənib.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Adana polisi Azərbaycan vətəndaşı, 27 yaşlı Xəyalə Kərimovanın ticarət məqsədi ilə bu vilayətə gəldiyi, ancaq işləri yaxşı getməyəndən və pulsuz qalandan sonra digər Azərbaycan vətəndaşı, 29 yaşlı Rəvanə Orucovanın toruna düşdüyü və fahişləliyə cəlb edildiyi barədə əməliyyat məlumatı əsasında hərəkətə keçib.

Polis bu əməliyyat məlumatı əsasında Orucovanı və Kərimovanı, habelə onlara saatı 100 türk lirəsinə (TL) ev kirayələyən əmlakçı Ş.K. adlı Türkiyə vətəndaşını həbs edib.

X.Kərimova polisə verdiyi ifadədə Adanaya mal alıb aparmaq üçün gəldiyini, ancaq işlərinin yaxşı getmədiyini və pulsuz qaldığını, bu məqsədlə R.Orucova ilə birlikdə qalmağa başladığını, atası xəstələndiyinə görə daha sonra Azərbaycana qayıtmalı olduğunu deyib.

Qadın bildirib ki, Azərbaycana qayıtmaq üçün yol pulu olmayıb və R.Orucova ona fahişəlik edərək pul qazanmağı, qazandığı pullarla Azərbaycana qayıtmağı təklif edib.

X.Kərimovanın bu ifadəsi əsasında qadın sərbəst buraxılıb, R.Orucova isə başqalarını fahişəliyə cəlb etmə ittihamı ilə həbs edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin