Polis əməliyyat keçirdi.
Ötən gün Bakıda qətl hadisəsi baş verib.
Moderator.az lent.az-a istinadən xəbər verir ki, paytaxtın Səbail rayonu ərazisində, Səid Rüstəmov küçəsi 16 ünvanında Siyəzən şəhər sakini, 27 yaşlı Dəmirova Ayla Altay qızı keçmiş sevgilisi tərəfindən bıçaqlanıb.
Onunla eyni evdə yaşayan rəfiqələri Ayla Dəmirovanın bıçaqlandığını gördükdə ona yardım etmək istəyiblər. Lakin onlar da bədən xəsarətləri alıblar. Ayla Dəmirova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qətlə yetirilənin yaxınlarının sözlərinə görə, Aylanı Şahlar adlı keçmiş sevgilisi qısqanclıq zəminində qətlə yetirib.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.

































































































