Şirvanda ağır qəza: Ana və oğlu həlak oldu

Hazırda oxunan: Şirvanda ağır qəza: Ana və oğlu həlak oldu

81897
Sürücü hadisə yerindən qaçıb.

Şirvan şəhərində avtomobil yolu keçən ana və 8 yaşlı uşağı vuraraq öldürüb.

Moderator.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi iyunun 16-da saat 23.00 radələrində Hacıqabul-Bəhrəmtəpə magistralının 8-ci kilometrliyində, Şirvan şəhəri ərazisində baş verib. 

Şirvan sakini Rəhimov Rafiq Qaraoğlan oğlunun sürətlə idarə etdiyi “Hyundai Santa Fe”x9d markalı, 99 HL 466 dövlət nömrə nişanlı avtomobil toy mərasimindən çıxan və yolu keçmək istəyən Şirvan şəhər sakini, 1973-cü il təvəllüdlü İsmayılova Gülşən Sabir qızı və onun oğlu - 2007-ci il təvəllüdlü İsmayılov Sahib İlqar oğlunu vurub. Uşaq Şirvan Şəhər Xəstəxanasına çatdırılarkən yolda, ana isə xəstəxanada dünyasını dəyişib.
 
Sürücü hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində polis tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.
 
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin