Deputatdan bıçaq gəzdirməklə bağlı ilginc təklif...

Hazırda oxunan: Deputatdan bıçaq gəzdirməklə bağlı ilginc təklif...

81314
Millət vəkili bıçaq gəzdirməyə, alkoqol və narkotik qəbul edib cinayət törədənlərə qarşı cəzanın sərtləşdirilməsini təklif edir.
Belə bir təkliflə millət vəkili Fəzail Ağamalı çıxış edib. F. Ağamalı Moderator.az-a açıqlamasında deyib ki,  son dövrlərdə bıçaqla xəsarət yetirməklə cinayət törədilməsi halları çoxalıb: 

“Bir də eşidirsən ki, biri digərini görüşə dəvət edib və aralarında yaranan mübahisə nəticəsində tərəflərdən biri digərini bışaqlayaraq ona ciddi xəsarət yetirir. Hətta belə mübahisələr nəticəsində insan başı kəsilir. Ona görə də qanunvericiliyə dəyişiklik edilərək bıçaq daşımaya görə cinayət məsuliyyəti məsələsi öz əksini tapmalıdır. Çünki belə bir praktika keçmişdə olub.”x9d
 
Millət vəkili hesab edir ki, hələ sovet dövründə bıçaq soyuq silah hesab olunduğundan onu gəzdirməyə görə cinayət məsuliyyəti  nəzərdə tutulurdu.
F. Ağamalı eyni zamanda alkoqol və narkotik aludəçiliyi və bu zaman törədilən cinayətlərin də sərtləşdirilməsini təklif edir: 
“Bir şəxs cinayət törədir və səhərisi gəlib adamdan üzr istəyir ki, bağışla, içkili olmuşam və yaxud narkotik qəbul etmişəm və özümdən  xəbərim olmayıb. Axı bu necə ola bilər?! Bu nə deməkdi?! Özümdə deyildim, xəbərim yoxdu. Nə vaxtdan alkoqol və ya narkotik qəbul edən şəxslərin cəzası bağışlanır? Cinayət cinayətdir. Odur ki, hesab edirəm ki, bu növ cəzalar da sərtləşdirməlidir.”x9d
Millət vəkili deyib ki, insanlarımızın sağlmalığını, təhlükəsizliyini  qorumaq üçün digər qanunları da sərtləşdirməliyik:
“Cəzaların sərtləşdirlməsi cinayətin azalmasının qarşısını almaqda böyük rol oynayır”x9d, - F. Ağamalı deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin