Moderator.az-ın məlumatına görə millət vəkili Qənirə Paşayeva gənc qızın intiharına (moderator.az/index.php?xeber=80952) görə narahatçılığını aşağıdakı sözlərlə ifadə edib:
"Daha bir gənc qız intihar etdi. Məncə ciddi araşdırılmalıdır, çünki gənclər arasında artan bu intiharlar bizim hamımızı ciddi narahat etməlidir və cəmiyyət olaraq onların artmamsı üçün səylərimizi artırmalıyıq. Çox üzüldüm. Allah rəhmət etsin. Gənclərimizə isə səslənərək nə qədər çətinliklər, ağrılar olsa da mütləq bir çıxış yolu var, intihar çıxış yolu deyil, gənc ömrünüzü öz əlinizlə məhv etməyin deyirik. Cəmiyyət olaraq isə hamımız daha duyarlı olmalıyıq. İttiham etmək asandır, amma anlamaq, əl uzatmağa çalışmaq lazımdır. Yalnız bu yolla kömək edə bilərik. Və unutmamalıyıq ki, bu həyatda heç kəs xətasız deyil."

































































































