Saray bələdiyyəsinin sədri və həyat yoldaşı qətlə yetirildi- YENİLƏNİB

Hazırda oxunan: Saray bələdiyyəsinin sədri və həyat yoldaşı qətlə yetirildi- YENİLƏNİB

80713
Azərbaycanda amansız qətl gerçəkləşib. 

Moderator.az-ın məlumatına görə, Abşeron rayon Saray bələdiyyəsinin sədri Vəsilə Əbülhəsənova və onun həyat yoldaşı qətlə yetirilib. 

Hadisə gecə saatlarında onun yaşadığı Saray qəsəbəsindəki evində qeydə alınıb. Belə ki, qatillər onun başını kəsib, həyat yoldaşının isə güllə ilə ürəyindən vurublar. Üstəlik, izi itirmək üçün evi yandırıblar. Hazırda mərhumların meyitləri Sumqayıt şəhər 1 saylı təcili tibbi yardım xəstəxanısının morqundadır.

Mərhum bələdiyyə sədri 1976-ci ildə doğulub. Onunla bərabər qətlə yetirilən həyat yoldaşı isə Vəfadar Əbilhəsənovdur. Artıq xanım sədri və həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən Fədail Hüseynov saxlanlıb.

Xatırladaq ki,Saray bələdiyyəsində baş verənlərlə bağlı ilk dəfə olaraq Moderator.az həyəcan təbili çalmışdı və Fədai ilə Vüqar qardaşlarının Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunduğu ilə bağlı məlumat yaymışdı. Xatırladaq ki, həmin vaxt DİN Moderator.az -ın sorğusuna cavab olaraq bildirmişdi ki, həmin fakt həqiqəti əks etdirmir və Fədai ilə Vüqar qardaşları heç bir cinayəti törətməyiblər. Ancaq üstündən bir ay keçməmiş Daxili İşlər Nazirliyinin açıqlamasının nə dərəcədə həqiqət olub-olmadığı üzə çıxdı.

Moderator.az - ın mövzu ilə əlaqəli yazılarını aşağıdakı linklərdən oxuya bilərsiniz:

Saray bələdiyyəsinin xanım sədri qoçu dəstəsi saxlayır- ŞOK İDDİA (//moderator.az/index.php?xeber=76506)

Bələdiyyə sədri ilə bağlı iddialar təsdiqlənmədi (//moderator.az/index.php?xeber=76547)

DİN Saray bələdiyyəsinin sədri ilə bağlı iddiaları araşdıracaq (//moderator.az/index.php?xeber=76539)

Qeyd edək ki, Saray bələdiyyəsi sədrinin qətlə yetirilən həyat yoldaşı Vəfadar Əbülhəsənov Azərbaycan Polad İstehsalı Kompleksinin Aparat Rəhbəri olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin