Xətaidə sevgilisini bıçaqlayan qadına hökm oxundu ”“ FOTO

Hazırda oxunan: Xətaidə sevgilisini bıçaqlayan qadına hökm oxundu ”“ FOTO

79796
Lətafət törətdiyi əməlindən peşman olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Cəlilabad rayon sakini Lətafət Qardaşxanovanın CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, ötən il sentyabrın 12-də Əhmədli qəsəbəsində kirayədə yaşayan Masallı rayon sakini Seymur Rahibli kəsilmiş-deşilmiş xəsarətlə 1 saylı şəhər kliniki xəstəxanasına daxil olub və cərrahi əməliyyat nəticəsində həkimlər onun həyatını xilas edə biliblər. İnzibati ərazi üzrə araşdırmaya Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları başlayıblar, hadisə ilə əlaqədar dindirilən yaralanan şəxs heç kim tərəfindən bıçaqlanmadığını, sadəcə limon doğrayan zaman təsadüfən özü-özünə xəsarət yetirdiyini bildirib.

Lakin həkimlərin rəyinə əsaslanan polislər limon doğrayan zaman insanın qarın nahiyəsinə ehtiyatsızlıqdan xəsarət yetirməsi versiyasını inandırıcı hesab etməyiblər. Təkrar sorğu-sual vaxtı fakt qarşısında çarəsiz qalan Seymur Rahibli etiraf edib ki, onu şəxsi münasibətlərin aydınlaşdırılması zəminində qeyri-rəsmi yaşadığı Lətafət Qardaşxanova vurub.

Onun etirafından sonra qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə prosesində L.Qardaşxanova ittiham üzrə özünü təqsirli hesab etməklə, törətdiyi əməlindən peşman olduğunu bildirib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin