Bakıda 5 yaşlı qızı zorlayıb öldürdülər -Dəhşət

Hazırda oxunan: Bakıda 5 yaşlı qızı zorlayıb öldürdülər -Dəhşət

79586
Pirallahı rayonunda dəhşətli qətl.

Azərbaycan paytaxtında dəhşətli qətl törədilib.

Moderator.az xəbər verir ki, apa-nın məlumatına görə, hadisə mayın 28-də Bakının Pirallahı rayonunda qeydə alınıb.

Rayon sakini 5 yaşlı A.Q (ad şərtidir) adlı qızın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində A.Q-nın boğularaq, qətlə yetirilmiş meyiti qonşuluqdakı həyətdə tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, hadisəni azyaşlının qonşusu, 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç törədib.

İlkin məlumata görə, Y.Çernov qızı zorlayıb və daha sonra boğaraq qətlə yetirib. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin