DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”x9d) əməkdaşları iş adamı Hacı İbrahim Nehrəmlini yenə də saxlayıblar.
xa0
Moderator.az xəbər verir ki, bu barədə haqqın.az saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Məlumata görə, nehrəmli oliqarx dünəndən etibarən “Bandotel”x9din təcridxanasında saxlanılır.
Virtualaz.org saytının əldə etdiyi digər məlumata görə, Hacı İbrahim on milyonlarla manat həcmindəki kredit borclarını ödəmək üçün tələb olunan vəsaiti tapa bilməyib. Böyük ehtimalla onun barəsində məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçiləcək.
Yada salaq ki, Hacı İbrahim mayın 13-də saxlanılaraq “Bandotdel”x9də aparılmışdı. Oradan çıxan oliqarx 78 milyon manat kredit borcunun olduğunu və mayın 19-dək bütün borclarını ödəmək öhdəliyi qəbul etdiyini bildirmişdi.

































































































