Daha bir iri oliqarx həbs edildi

Hazırda oxunan: Daha bir iri oliqarx həbs edildi

77989
Bu gün Nərimanov Rayon Məhkəməsi kredit dələduzluğu işi üzrə daha bir oliqarxın barəsində həbs qətimkan tədbiri seçib.

Moderator.az xəbər verir ki,  Məhkəmənin qərarı ilə “İnter Glass”x9d şirkətinin prezidenti Fariz Muradov həbs edilib. Məlumatı virtualaz.org saytına Nərimanov Rayon Məhkəməsindəki mənbələr verib.

“İnter Glass”x9d şirkətinin prezidenti 50 milyon dollarlıq mənimsəmədə ittiham olunur. Fariz Muradov Azərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevə yaxın şəxsdir.

“İnter Glass”x9d şirkətinin Bakının Qaradağ rayonunda, Salyan şosesi, 25 ünvanda  nəhəng “İnter Glass Azerbaijan”x9d şüşə məmulatları zavodu var. Zavod 2008-ci ildə açılıb, Qafqaz regionunda şüşə butulkalar və digər şüşə taralar istehsal edən ən iri zavoddur.

Şirkətin məlumatlarında göstərilir ki, zavodun açılmasına Beynəlxalq Bank 5 milyon avro kredit ayırıb.
“İnter Glass”x9d şirkəti Gürcüstanda da zavod açıb. 2012-ci ildə Fariz Muradov Gürcüstanın Xaşuri rayonunda (Şida Kartl regionu) o vaxtkı prezidenti Mixail Saakaşvili ilə birlikdə şüşə tara zavodunun təməlqoyma mərasimini keçirib.

Zavodun tikintisi layihəsini həyata keçirmək üçün Gürcüstanda “İnter Glass Georgia”x9d şirkəti təsis edilib. Şirkətin payçıları “İnter Glass Azerbaijan”x9d (60 faiz) və Gürcüstan Qaz Nəqli Şirkətidir (40 faiz). Layihənin dəyəri 18 milyon dollardır.

Oliqarxın həmçinin Qırğızıstanda şüşə tara zavodu var, zavod 2012-ci ildə fəaliyyətə başlayıb.

2009-cu ildə “İnter Glass”x9d Azərbaycanda yeni investisiya layihəsinə başlayıb. Onun törəmə müəssisəsi olan “Brickwork House Construction Ltd”x9d yeni şüşə zavodunun tikintisinə 52 milyon manat yatırıb. Ehtimal ki, Fariz Muradova qarşı irəli sürülən 50 milyon dollarlıq mənimsəmə ittihamı da bu layihə ilə bağlıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin