Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”x9d) Bakıda avtomobil satış mərkəzləri və salonlarında gizli əməliyyat keçirib.
Əməliyyat nəticəsində 10-dan artıq şəxs tutulub. Məlumata görə, əməliyyata səbəb salonlarda keyfiyyətsiz avtomobillərin satılması, müştərilərin aldadılması ilə bağlı çoxsaylı şikayətlərin edilməsi olub. Şikayətlər əsasən suya düşmüş, istifadəsi təhlükəli olan avtomobillərin və işlənmiş (ikinci əl) avtomobillərin yürüşünün (“probeq”x9d) aşağı salınaraq baha qiymətə satılması ilə bağlı olub.
“Bandotdel”x9d əməkdaşlarının əməliyyatı zamanı Babək prospektində olan bəzi avtomobil satış mərkəzlərində bu fakt təsdiqini tapıb. Məlum olub ki, avtosalonlar dələduzluq yolu ilə insanlardan xeyli pul mənimsəyirlər, onlara maddi ziyan vururlar.
Elə buna görə də, “Nurgün Motors”x9dun bəzi salonlarının, eləcə də “Avto Line”x9d, “Avto Qalareya”x9d, “Avto Murad”x9d və digər salonların rəhbərləri, eləcə də bəzi əməkdaşları saxlanılaraq “Bandotdel”x9də aparılıb.
Onların bəzilərinə işgəncələr verildiyi bildirilir.
Salon rəhbərləri isə belə bir əməliyyatın hansısa şikayətlərin olmasının deyil, onlardan tələb olunan rüşvəti vermədiklərininə görə keçirildiyini iddia edirlər. (AzNews.az)































































































