“Lotu Quli”x9dnin yaxını olan məşhur kriminal avtoritetin görüntüləri yayılıb ”“ VİDEO

Hazırda oxunan: “Lotu Quli”x9dnin yaxını olan məşhur kriminal avtoritetin görüntüləri yayılıb ”“ VİDEO

73640
Əməliyyat keçirilib.

Bakıda saxlanılan kriminal aləmdə “Dəli Samir”x9d ləqəbi ilə tanınan 1975-ci il təvəllüdlü Aslanov Samir Nuşirəvan oğlunun görüntüləri yayılıb. 

Moderator.az xəbər verir ki, Report-un məlumatına görə, S.Aslanov Suraxanı Rayon Polis İdarəsi (RPİ) və 33-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. 

Polislər “Dəli Samir”x9di saxlayan zaman onun üzərindən 10 qrama yaxın narkotik maddə olan marixuana aşkarlanıb. S.Aslanovun evinə baxış zamanı isə 1 ədəd “Kalaşnikov”x9d avtomatı, 5 ədəd güllə və samuray qılıncı aşkar olunaraq götürülüb. S.Aslanov indiyə qədər dəfələrlə məhkum olunub. O, Günəşli və Qaraçuxur qəsəbələrində hədə-qorxu ilə tələb etmə və bu kimi, bir neçə ağır cinayətlər törətməkdə də şübhəli bilinir. 

Qeyd edək ki, S.Aslanov kriminal aləmdə qanuni oğru “Lotu Quli”x9d kimi tanınan avtoritet Nadir Səlifovun yaxın adamı sayılır. Həmçinin S.Aslanov idmanın karate növü ilə məşğul olub və onun Suraxanı rayonunda özünə məxsus karate məktəbi var.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanıb, araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin