Xalq artistinin qardaşı oğlu qətlə yetirildi

Hazırda oxunan: Xalq artistinin qardaşı oğlu qətlə yetirildi

73556
Bu gün səhər saatlarında Ağsu rayonunda qətl hadisəsi törədilib.

Moderator.az -ın APA-ya istinadla verdiyi məlumata görə, Ağsu şəhər sakini 1961-ci il təvəllüdlü Mirzəyev Mahir Ağamehdi oğlu naməlum şəxs tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib.

O, qarın, boğaz, baş və ürək nahiyəsindən xəsarət alıb.

Ağsu aşırımında yerləşən “Ata Yurdu”x9d restoranının sahibi olan M. Mirzəyevin kim tərəfindən və hansı səbəbdən öldürüldüyü hələ ki, məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən M. Mirzəyev Azərbaycanın Xalq Artisti, mərhum aktyor Mikayıl Mirzənin qardaşı oğludur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin