AMİ Mingəçevir filialında dekan müəlliməyə xəsarət yetirdi- ŞOK

Hazırda oxunan: AMİ Mingəçevir filialında dekan müəlliməyə xəsarət yetirdi- ŞOK

72743
Fevralın 23-də AMİ-nin Mingəçevir filialında dekan Həqiqət Qədimovanın filialın Azərbaycan dili və ədəbiyyat müəlliməsi Zəminə xanımı kabinetində döyərək bədən xəsarətləri yetirməsi barədə dəhşət doğuran məlumat əldə etmişik.
 Səbəbsə müəllimənin dekan tərəfindən sessiya imtahanları zamanı saxtakarlıq və koorupsiya əməllərinə etiraz etməsi olub. Bundan sonra müəlliməyə qərəzli münasibət göstərən dekan 5 günlük iş gunu olduğu halda şənbə günü müəlliməni dərsə gətizdirirmiş...

Buna narazılıq edən müəlliməyə dekan qəfil hucum edərək üzünü cırıb, bədəninə çoxsaylı  zərbələr yetirib, saçını yolub.  Dekan bunu qəflətən etdiyindən müəllimə muqavimət də göstərə bilməyib...

Qeyd edək ki, zərərçəkmiş Zəminə xanımın özü Moderator.az-la əlaqə saxlayaraq bildirdi ki, həmin hadisə günü dərhal həyat yoldaşı ilə əlaqə saxlayaraq onunla birlikdə polis şöbəsinə gəlib ərizə ilə müraciət edib:  

“Məni o halda polis şöbəsinin təhqiqatçısı Şahin müəllim də gördü. Lakin Həqiqət Qədimova  dekan olduğundan və bu olayın səbəbi saxtakarlıq və korrupsiya faktı olduğundan Mingəçevir şəhər prokurorluğuna ərizə ilə müraciət etdik. Şəxsən prokuror Azad Qarayevin qəbulunda olduq. Bizi  məhkəmə tibbi ekspertizasına göndərdilər. Rauf həkim mənim xəsarətlərimi gördü və məsləhət gördü ki, 2 gündən sonra göyərmələr daha çox olacaq, onda gələrsiniz. Mən də yoldaşımla 2 gündən sonra  gəldim. Həkim “narahat olmayın yazmışam, gedin, onsuz da yazdıqlarım cinayət işinin başlanmasına əsasdır”x9d deyərək bizi aldatdı. O gündən bu günə prokurorluqla  tibbi ekspertizanın arasında qalmısıq. Biri deyir yazıb göndərmışəm, o biri deyir bizə gəlib çatmayıb. 24 gündür məni o rəylə tanış olmağa qoymurlar və işlə bağlı heç bir məlumat verilmir. Keçən cümə günü Rauf həkim mənə “bilirsən, nə qədər təzyiq oldu, o üzünün cırılmasını zorla yazmışam”x9d dedi.

Rauf həkimə dedim ki, axı sizə kim təzyiq edir? Mən o halda sizin yanınıza gəlmədən məni polisin təhqiqatçısı Şahin müəllim görüb, ondan sonra Mingəçevir şəhər prokuroru Azad Qarayev görüb, müstəntiq Rəşadət müəllim görüb, hələ başqalarını demirəm, bəs bu rəyi 20 gündür niyə göndərmirsiniz?  Hadisədən bir həftə sonra mən Yevlax zona tibbi ekspertizasının həkiminin yanında oldum. Orda mənə “artıq Minngəçevirdə  qeydiyyata alınmısınız”x9d dedilər. Həkim oradan götürüb Rauf  həkimə zəng etdi və soruşdu, Rauf həkim təsdiq etdi və bütün  xəsarətlərimi yazdığını dedi. Bundan sonra  müstəntiqin yanına gəldim,amma hələ də rəyin gəlmədiyini bildirdi. Mən bir aya yaxındır nələr çəkdiyimi ALLAH bilir. Təhsil Nazirliyinə müraciət etmişəm. Nəticəni gözləyirəm. Məsələ tək mənim fiziki xəsarət almağımda deyil. Mənim ləyaqətim alçaldılıb. Müəllim şəxsiyyətim təhqir olunub. Hər kəs filialda bilir ki, mən intriqalardan uzaq , başımı aşağı salıb dərsimi deyən adamam. Yevlaxdan filiala dərs deməyə gəlirəm, Həqiqət Qədimova müəllim deyil. Bir gün də auditoriya görməyib filiala gələnədək...

Azərbaycan Kənd Təsərrüfati İnstitutunu şərabçılıq ixtisasi üzrə bitirib . Aqdam şərab zavodunda işləyib. AMI- nin Gəncə filialının saxta yenidənhazırlanma diplomu ilə dərəcə alan və nəinki  müəllimlikdən, ixtisasından xəbəri olmayan biri görun nə qədər arxayındır ki, belə biabırçılıq edir?

Filialda keçirilən və hörmətli rektorumuz Aqiyə Naxçıvanlının da iştirak etdiyi iclasda filialın keçmış direktoru Aslan Dəmirov kimi bir ziyalının üzünə durdu ki, məndən bu qədər pul alıb ki, dekan qoyacam, indi də qoymur . Hamı şokda idi.

İndi də “mən bu qədər verib dekan gəlmişəm”x9d deyir. Bizim günahımız nədir? Pul verib dekan keçməsi müəllimi döyməyə  haqmı verir?

Basdan ayağa saxtakarlıqla məşğuldur. Saxtakarlıqla qaçqınlar şəhərciyinə yerləşəndən ağlınız nə kəsir? Bu yaxın günlərdə şəhərin mərkəzində evini satıb basqa yerdən qohumunun adına alaraq qaçqın şəhərciyindən ev alıb yerləşıb. Halbuki Bakıda belə, evi var. Həyat yoldaşı Moskvada biznesslə məşğuldur, baxmayaraq ki, Mingəçevirdə uşaq  bağçalarında,  yataqxanalarda acınacaqlı durumda nə qədər məcburi köçkün ailələri var. Budurmu ziyalılıq? Dövləti aldatmaq deyil, bəs nədir? Bir sözlə, filialda biabırçılıq baş alıb gedir.

Şənbə günü  filialda polislər içkili halda aşağı kurs tələbələrinə həqarət edib sonra da onları qorxudan  2 tələbəni tutub apardılar. Həqiqət Qədimova pul alıb o tələbələrə qiymət yazır, dərsə də doğru-düzgün gəlmirlər. Ona görə də  belə biabırçılıqlar baş verir. Bir tələbə ki, dekana deyə ki, “aaz, nə deyirsən, pul vermişəm, hələ dərsə də gəlməliyəm”x9d bu insandan nə gözləmək olar?

Halbuki elə o bir neçə tələbəyə görə mənim dərsim şənbə gününə salınıb. Cədvəldə belə yoxdur. Onlarla faktdan bir neçəsini deyirəm. Yay imtahan sessiyasinda mənə Zaur, Toğrul və Vəfadar adlı tələbələrə ən yüksək bal yazmağı tələb etdi.

Mən tələbələrdən utanıram, onlar dərslərə də girmirlər dedim, ondan məni incidir. Təhsil Nazirliyi yoxlasın görsün ki,  bir qrupun imtahan cədvəlində bütöv qrupa mən qiymət yazmışam. Bir neçə tələbəyə mənim yerimə başqa müəllimə imza etdirib. Qış imtahan sessiyasında 4 qrupda imtahanları  ekspert  Rauf həkimin qardaşının yoldaşına və orta məktəbdən təqaüdə çıxmış  Gülarə müəlliməyə yoxlatdırdı. Çünki mən o saxtaklarlıqlara getmədim. Həqiqət Qədimova bas mühasib Heyran Şikarova ilə əlbir olub mənim adıma başqa müəllimlərin dərsini yazıb kartıma vurub mənimsəmişdilər. Bununla bağlı Korrupsiyaya qarşı Mübarizə İdarəsində  başqa müəllimlərimizlə yanaşı mən də  sorğu-sual edildim. Mənim günahım nədir ki, müəllim adam, qadın  prokurorluqlara düşüm. amma yeyib dağıdanlar cəzasızlıqdan harınlayıblar. Baş mühasib mənə deyir ki, nə subut edəcəksən. Hər kəs biz deyəni deyəcək.

Mən  üzümü  hörmətli nazirimizə tuturam, ali məktəbdə  müəllim doyülürsə, şərabçı dekan olursa, şənbə günü içkili tələbələr qızlara hədə-qorxu gəlirsə, bu artıq SOS siqnalıdır!!!"

Elşad Allahverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin