Məhbus anası İşçi Qrupuna müraciət etdi...

Hazırda oxunan: Məhbus anası İşçi Qrupuna müraciət etdi...

72543
  Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədovun anası Moderator.az vasitəsilə İşçi Qrupuna aşağıdakı müraciəti ünvanlayıb: 

"Bu gün İnsan Hüquqları üzrə İşçi Qrupunun iclasıdır.Buna görə də mən də bir ağ birçək ana kimi İşçi Qrupuna Prezident İlham Əliyevə mətbuat vasitəsi ilə müraciət etmək istəyirəm.24.02.2015-ci il tarixdə şərlənərək həbs edilmiş oğlum hüquq müdafiəçisi Taleh Xasməmmədovun səhhəti çox pisdir, onun qanında zəhərlənmə var.Bu barədə müayinə edən İranlı həkimlər bildiriblər.Mən həkim diaqnoz sənədlərinin surətini İşçi Qrupunun hər bir üzvünə ərizəmlə birlikdə göndərib Talehin ev dustaqlığına buraxılmasına köməklik göstərmələrini xahiş etmişəm.Bir neçə nəfər üzvlərlə telefon əlaqəsi saxlamışam.Ümüdümüz bir olan Allaha, Prezident cənab İlham Əliyevə və  İşçi Qrupunadır. Ağ birçək ana kimi Prezident cənab İlham Əliyevdən və İşçi Qrupundan xahiş edirəm  ağır, ciddi xəstə olan oğlum Taleh Xasməmmədovun ev dustaqlığına buraxılmasına köməklik edin.Xəstə Talehə, ağbirçək anaya və 2 az yaşlı övladlarına rəhm edin.                                                                                                 
Xatırladım ki, 24.02.2015-ci il tarixdə  maqazindən  çıxıb maşına əyləşmək istəyəndə  qondarma zərərçəkən Zahir  adlı şəxs anı olaraq qəfil Talehə yaxınlaşıb üzünə tüpürdü , yaxasından yapışıb yıxıldı yerə və Talehi də yıxdı öz üstünə.Başladı həyasızcasına qışqırmağa. İki dəqiqə çəkmədi iki maşın polislər ora gəldlər Talehi həbs etdilər. Həmin Zahir adlı şəxs polisin "işverənidir" çoxlu sayda cinayət işində şahid və zərərçəkən kimi iştirak edib .Talehin barəsində AR.CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə cinayət işi başlanılıb.Həbs qəti imkan qərarından verilən apellyasiya şikayətinin təmin edilməməsinə dair Şəki Apellyasiya Məhkəməsi 06 mart 2015-ci iltarixdə qərar çıxartmışdır.Həbs edilməmişdən iki ay əvvəl Talehi İranda müayinə edən həkimlər ciddi xəstə olmasını və müalicə olunmasa ölə biləcəyini bildiriblər.                                                     
Hazırda 2-saylı İstintaq Təcridxanasında saxlanılır.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 
Əlaqə telefonumuz 070 979-35-65
                                           
Xasməmmədova Gülbuta Fərman qızı  Göyçay rayonu R.Rza küçəsi dalan 4  ev 1 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin