Nağılbaz və reket hüquq müdafiəçisi...

Hazırda oxunan: Nağılbaz və reket hüquq müdafiəçisi...

70461
Şirvan şəhərində fəaliyyət göstərən “Sərvət”x9d şadlıq sarayının icraçı direktoru Əfqan Məmmədov Moderator.az-a göndərdiyi məktubda bildirir:

“Bu il ölkəmizdə keçiriləcək “Bakı-2015 Avropa Oyunları”x9d ilə xa0bağlı xa0ölkə əhalisi, o cümlədən hakimiyyət orqanları öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Bütün dövlət və qeyri-dövlət təşkilatlarının rəhbərləri bu cür gərgin iş rejimində işlədiyi halda Şirvan şəhərində dələduzluq edərək xa0həbs həyatı yaşayan Azad İsgəndərli “Sərvət”x9d şadlıq sarayı barəsində sosial şəbəkələrdə heç bir əsası olmayan yazılar yazıb və bu da şadlıq sarayının işgüzar nüfuzuna xa0ciddi ziyan vurub.
Özünü xa0hüquq müdafiəçisi kimi təqdim edən Azad İsgəndərli yerli məmurlara qənim kəsilib. xa0Demək olar ki, Şirvanda yerləşən bütün müəssisələrə gedərək onlara hüquqi yardım göstərilməsi müqabilində aylıq pul istəyir. Amma həmin qurumun xa0əməkdaşları Azad İsgəndərliyə pul vermədikdə özünə məxsus saytına həmin şəxs barəsində heç bir əxlaqa sığmayan silsilə yazılar yazır.xa0
Biz hüquqi, demokratik ölkənin vətəndaşları hüququmuz pozulanda hüquq mühafizə orqanlarına müraciət edirik.xa0
Azad İsgəndərli bu günlərdə saytında Aran rayonlarında monitorinq apardığını və həmin monitorinqin nəticələrinə əsasən Hacıqabul rayon Təhsil Şöbəsinin birinci yerə çıxdığını deyib.xa0
Azad İsgəndərlinin bu cür "monitorinq"ləri hansı əsaslarla və maliyyə işlərini necə həyata keçirdiyi məlum deyil.
Bundan əlavə Azad İsgəndərli ölkə başçısı tərəfindən təltif edilən incəsənət nümayəndələrini - İlhamə Quliyevanı, Aygün Kazımovanı, Röyanı, Brilliant Dadaşovanı “Facebook”x9d sosial şəbəkəsində insanlığa və milli mentalitetə yaraşmayan sözlərlə təhqir edib. Bir incəsənət adamını, bir xanımı hüquq müdafiəçisinin, ən nəhayət, Azərbaycan kişisinin təhqir etməyi nə dərəcədə doğrudur?
Azad İsgəndərlinin sosial şəbəkələrdə özfəaliyyəti bununla bitmir. Belə ki, o, Bakıya bölgələrdən gəlib işləyən şəxsləri təhqir edərək yazır:xa0
“Ey Bakıda qaraçı kimi orada-burada ömür edən minlərlə rayon camaatı, yığışın gəlin evinizə. Nə var axı Bakıda? Guya Bakıda gözəl yaşayırsız? İt günündə yaşayırsınız, mən bilirəm, monitorinq aparıb görürəm. Həm də yeni tikililərdən nisyə evlər xa0almayın, Bakı artıq uçur. Sizə görə artıq Botanika bağı da xa0məhv edilir. Siz o evləri xa0kreditlə almasınız onlar da tikməzlər. Gəlin, qayıdın evinizə-eşiyinizə. Bakıda qalmaqla bakılı olmayacaqsınız. Rayonlar bom-boş qalıb. Çoxlarınız da bomj həyatı sürürlər orada”x9d.xa0
Öz həmvətəninə bu cür hörmət qoyan şəxsin vətən, millət haqqında danışması reallıq hissindən nə qədər uzaq olduğunu göstərir. Bir insan halal zəhmət müqabilində Bakıda ailəsinə çörək qazanan şəxsi necə alçalda bilər?xa0

Mən ona səslənirəm, onlar sənin kimi idarə və təşkilat müəssisələrinin rəhbərlərini şantaj etmir, öz halal zəhmətlərinin müqabilində pul alıb, başı dik yaşayır. Yoxsa sənin kimi restoranda dövlət işçisindən dələduzluq yolu ilə pul almır. xa0Bunu sən də bacara bilmədin. Çünki ümummilli lider Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin Azərbaycanda qurub yaratdığı hüquq sistemi sənin bu çirkin niyyətinin üstünü açdı və sən cəzalandırıldın”x9d.xa0

Azad İsgəndərli Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunu sosial şəbəkələrdə tənqid və təhqir edib. Məhz bu səbəblərə görə, partiya sədri onun barəsində yazdığı tənqid və təhqirlərlə bağlı Şirvan Rayon Məhkəməsinə müraciət edib. Bir neçə ay gedən məhkəmə proseslərindən sonra Şirvan Apellyasiya məhkəməsinin qərarı ilə o, 10000 manat cərimə edilib.xa0
Bu proseslər zamanı Azad İsgəndərli ölkəmizdə olan sabitliyi pozmaq məqsədi ilə Şirvan sakinlərini qızışdırıb Şirvan Şəhər Apellyasiyasının qarşısına çağırmışdı. Lakin ağı qaradan ayırd edən, qədirbilən Şirvan camaatı Azad İsgəndərlinin çağırışına məhəl qoymadı və onu hakimin qarşısına tək göndərdilər. Bu Şirvan camaatının ondan xa0üz döndərməsinin bariz nümunəsidir.xa0

Azad İsgəndərli sosial şəbəkələrdə ondan kömək istəyən Ucar rayonundan olan bir ailənin şəkillərini paylaşaraq Azərbaycan mentalitetinə yaraşmayan “bunların üzünə tüpürün”x9d ifadəsini yazıb. Səbəbi də belə izah edib ki, həmin şəxslər ondan məhkəmə işi ilə bağlı kömək istəyib və sonra Azad İsgəndərli onun pozulan hüququnu qismən təmin etdiyini bildirib. Lakin bundan sonra guya həmin adamlar Azad İsgəndərlidən 600 manat pul istəyiblər. Hüquq müdafiəçisi isə bundan sonra bu yola əl atıb.xa0
Bu hərəkəti edən öz adını hüquq müdafiəçisi qoyub. Bu adama qiyməti dəyərli oxucularımız verəcək”x9d.xa0

P. S. Azad İsgəndərlıi, sizin iki gün bundan qabaq xa0özünüzdən başqa heç kimin oxumadığı saytınızda təsadüfən mənim haqqımda olan yazıya baxdım. Mən sizin bu qədər gözəl nağıl yazacağınızı bilmirdim. Sizin yazınız mənə Andersonun nağıllarını xatırladır. Sizi gözəl nağılbazsınız.xa0
Yazdığınız nağıla sizə gözəl bir cavab deyim. Qasımov İbrahim Əli oğlu öz hesabına Hacıqabul rayonunun Udlu qəsəbəsində böyük bir məscid tikdirib və bir neçə nəfəri xa0öz hesabına Həcc, Kərbəla ziyarətgahına yollayıb. Əgər sən tövbə edib Allaha sığınsan, çirkin əməllərindən, şantaj, reketlikdən, insanlığa sığımayan hərəkətlərdən, dövlətimizə və dövlətçiliyimizə qarşı etdiyiniz əməllərdən əl çəksən biz səni öz hesabımıza həmin ziyarətgahlara yollamağa hazırıq. İnşallah Allahın köməkliyi ilə sənin haqq yoluna çəkmək istəyirik və xa0səni namaz əhli adlı almağına kömək edərik. Bu hərəkətləri edəndən sonra qardaşın və xa0qohum əqrəban sənin yanına qayıdar və biz də Allah tərəfindən etdiyimiz əmələ görə savab qazanarıq.xa0
Tövbə edib, haqq yoluna qayıtmaq heç vaxt gec deyil. Əks halda cəmiyyətdə, yaşadığın bölgədə hər zaman indiki kimi qınaq və lənətlə xatırlanacaqsan..."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin