Bakının ən böyük zəhər taciri

Hazırda oxunan: Bakının ən böyük zəhər taciri

66680
Vergidən yayınan sahibkar barəsində cinayət işinin istintaqı tamamlanıb.

Nazirliyin Analitik informasiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən araşdırılan ibtidai istintaq zamanı İran İslam Respublikası vətəndaşı Talebian Oveis Nemat oğlu alkoqollu içkilər üçün nəzərdə tutulmuş 27491 ədəd saxta aksiz markalarını satış məqsədilə əldə etdiyi üçün saxlanılıb. 

O.Talebian İstintaqa məlum olmayan mənbədən əldə etdiyi saxta aksiz markalarını özünün idarə etdiyi “Dong Feng”x9d markalı 77B819-10/77B820-10 qeydiyyat nömrəli yük avtomobilinin kabinəsində sürücünün oturacağının altında gizlədərək 18 sentyabr 2014-cü il tarixdə İran İslam Respublikasına aparmaq məqsədilə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə”x9d Gömrük postunun ərazisinə gətirib. Dövlət sərhədini keçərkən gömrük əməkdaşları tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92 və 99-cu maddələrinə əsasən yük avtomaşınına baxış keçirilib və gizlədilmiş 27491 ədəd saxta aksiz markaları aşkar edilərək götürülüb. 

Qeyd olunan cinayətin O.Talebian tərəfindən törədilməsi ibtidai araşdırma zamanı toplanmış təkzibolunmaz sübutlarla ”“ ilkin sənədlər, şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam təsdiqini tapıb. İstintaq zamanı Talebian Oveis Nemat oğlu təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 205-1-ci maddəsi ilə ittiham elan olunub. Onun barəsində Yasamal Rayon Məhkəməsinin 4 dekabr 2014-cü il tarixli qərarına əsasən “həbs”x9d qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ittiham aktı Respublika Baş Prokurorluğunda təsdiq olunub və iş baxılması üçün məhkəməyə göndərilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin