Moderator.az virtualaz.org-a istinadən xəbər verir ki, artıq ikinci həftədir orada kütləvi dava-dalaş gedir, təcridxananın lazareti (xəstəxana) isə yaralılarla doludur.
Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrdən “Rosbalt”x9d agentliyinə verilən məlumata görə, başda killer “Nazim Xromoy”x9d (Nazim Hümbətov) və kriminal avtoritet Erdak Lənkəranski olmaqla 30-dək adam ötən həftə “Zayka”x9d ləqəbli avtoritet Zaur Əliyevin saxlandığı “Matrosskaya tişina”x9d istintaq təcridxanasının kamerasına soxulub.
Onlar əlləri qandalda olan “Zayka”x9dnı amansızcasına döyüblər. Bütün bu proses bir neçə mobil telefonla çəkilib. Bu olanlar üstəlik skype vasitəsilə “Lotu Quli”x9dnin (Nadir Səlifov) uzunmüddətli cəza çəkdiyi Azərbaycan türməsinə - Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsinə translyasiya olunub. Çünki bu amansız qisasın təşkilatçısı məhz “Lotu Quli”x9d olub.
Dekabrın 2-də isə buna cavab gəlib. “Matrosskaya tişina”x9d təcridxanasının “smotryaşi”x9dsi olan “qanuni oğru”x9d Nukri Qalski (Nukri Doçiya) digər məhbusları başına yığaraq “Zayka”x9dya hücum edənlərin 7-ni vəhşicəsinə döyüb. Döyülənlər arasında ən ağır xəsarət alanlar “Nazim Xromoy”x9d və Erdak Lənkəranskidir. Döyülən digər şəxslər kimi onlar da hazırda təcridxananın lazaretində müalicə olunurlar.
“Lotu Quli”x9d ilə Rövşən Lənkəranski (Rövşən Canıyev) barışmaz düşmənlərdir. Lakin onlar Zaur Əliyevə bir-birlərinə nifrət etdiklərindən daha çox nifrət edirlər. Hər iki “qanuni oğru”x9d “Zayka”x9dnı sıradan çıxarmaq, “başa salmaq”x9d üçün bir müddət hətta güclərini də birləşdirmişdilər.
“Zayka”x9dnı bir neçə saat dayanmadan döyüb və işgəncə veriblər. Onun sifətində salamat yer qalmayıb. “Zayka”x9dnı döyənlər ondan köhnənin təhqiramiz söhbətinə görə “Lotu Quli”x9ddən Skype vasitəsilə üzr istəməyi tələb ediblər. Zaur Əliyevə yaxın mənbələr bildiriblər ki, “Zayka”x9d yalnız bir məsələdən - hücum edən şəxslərin onun hamilə həyat yoldaşını elə kameradanca telefonla hədələyəndən sonra “sınıb”x9d.
“Matrosskaya tişina”x9ddakı hadisə dərhal ən nüfuzlu “qanuni oğru”x9dların əsas müzakirə mövzusuna çevrilib.
Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə hesab edir ki, kriminal aləmdə faktiki olaraq yeni müharibə başlayıb və bu savaşın hələ çox qurbanları ola bilər.
Böyük qardaşlarının və valideynlərinin əzizləmə mənasında “Zayka”x9d deyə çağırdığı Zaur Əliyev Moskvaya təxminən 15 il öncə gedib və azərbaycanlı kriminallar arasında liderə çevrilib. O, buna iki yaxın dostunun - nüfuzlu “qanuni oğru”x9dlar Kamo Qorkovski (Kamo Səfəryan) və Rəşad Gəncinskinin (Rəşad İsmayılov) dəstəyi sayəsində nail olub. Z.Əliyevin briqadası Rusiyadakı azərbaycanlıların iki ən qüdrətli cinayətkar qruplaşmasına - “Lotu Quli”x9d ilə Rövşən Lənkəranskinin qruplarına faktiki olaraq rəqib olub. “Zayka”x9d bu iki avtoritetlə daimi münaqişədə imiş.
8 il qabaq “Lotu Quli”x9dnin adamları “Zayka”x9dya bağlı biznesmenlərdən nəhəng məbləğdə pul tələb edib. Bu qruplaşmanın üzvləri arasında pul məsələsinə görə çoxsaylı “razborka”x9dlar baş verib. Axırda qruplaşma liderləri özləri birbaşa danışmağa qərar veriblər. Lakin “qanuni oğru”x9dların öz aralarındakı telefon söhbəti alınmayıb. “Zayka”x9d “Lotu Quli”x9dni telefonda təhqir edib. Tərəflər arasındakı müharibə bundan sonra daha da qızışıb. 2013-2014-cü illərdə daha da amansız şəkil alıb. “Zayka”x9d ilə “Lotu Quli”x9dnina damları onda Rövşən Lənkəranskinin adamlarını bir sıra bazarlardan sıxışdırmağa başlamışdılar. Lakin boşalan yerləri daha çox “Zayka”x9dnın adamları ələ keçirirdi. Bu qarşıdurma atışmalara keçdi. Son bir il ərzində belə “razborka”x9dlarda 10-dan çox adam, o cümlədən Rövşən Lənkəranskinin yaxın adamı Rövşən Somaya öldürüldü.
Bu ilin noyabrında Moskva polisi “Zayka”x9dnı və onun briqadasının 4 üzvünü silahla tutdu. Onlar məhkəmənin qərarı ilə həbs edildilər. “Zayka”x9dnı “Lotu Quli”x9dnin və Rövşən Lənkəranskinin xeyli adamının cəza çəkdiyi “Matrosskaya tişina”x9dya göndərdilər. “Lotu Quli”x9dyə yaxın olan və hazırda Moskvada 4 nəfəri güllələməkdə ittiham edilən killer Nazim Hümbətov da bu təcridxanada saxlanır. “Zayka”x9d ilə haqq-hesab da elə burada çəkilib.
“Rosbalt”x9d bildirir ki, “razborka”x9d bundan sonra daha da qızışıb. “Qanuni oğru”x9dlar arasında böyük nüfuza malik olan Kamo Səfəryan təcridxanadakı bu “bespredel”x9də ilk etiraz edənlərdən olub. “Lotu Quli”x9dnin adamları cavabında bildiriblər ki, “Zayka”x9d “qanuni oğru”x9d olmadığı halda “qanuni oğru”x9dnu təhqir etdiyi üçün bunun hesabını verməli və cəzasını almalıdır. “Zayka”x9dnın adamları isə öz fikirlərini söyləyiblər. Onlar da deyiblər ki, “Zayka”x9d “Lotu Quli”x9dni təhqir edəndə sonuncunun “oğru”x9d titulu artıq əlindən alınmışdı, üstəlik “Lotu Quli”x9dnin adamları “Zayka”x9dnı o, azadlıqda olanda cəzalandıra bilərdilər, amma bunu nədənsə etməyiblər...
“Qanuni oğru”x9dlar sonda belə qərara gəliblər ki, “Zayka”x9d təcridxananın “smotryaşi”x9dsi Nukri Doçiya bu haqda əvvəlcədən xəbərdar edilmədən döyüldüyü, üstəlik bu davadan sonra “Matrossakaya tişina”x9ddakı rejim sərtləşəcəyi üçün “Zayka”x9dnı döyənlər cəzalandırılmalıdır. Nəticədə həmin adamlar, yəni “Lotu Quli”x9dnin adamları da döyülüb.
Rusiya hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, baş verənlər artıq “Şakro Molodoy”x9d ləqəbli nüfuzli kriminal avtoritet Zaxari Kalaşovu da narahat edib. O, azərbaycanlı “qanuni oğru”x9dların hazırda çox özbaşınalıq etdiyini və bu sahədə qayda-qanun yaratmaq lazım olduğunu deyib. Bildirib ki, azərbaycanlı “qanuni oğru”x9dların bütöv bir dəstəsinin “oğru”x9d titulunu yenidən nəzərdən keçirməyin vaxtı çatıb.






























































































