Azərbaycan həbsxanalarından birində dəhşətli hadisə baş verib.
AzNews.az xəbər verir ki, Azərbaycanda həbsdə olan məşhur “qanuni oğru”x9d “Loti Quli”x9d ləqəbli Nadir Səlifovun tərəfdarları rəqib komandadan hesab edilən başqa bir “qanuni oğru”x9dya - “Zayka”x9dya inanılmaz işgəncələr veriblər. Buna səbəb isə “Zayka”x9dnın (Zaur Əliyev) azadlıqda olarkən “Lotu Quli”x9d haqqında bir çox yerlərdə təhqiramiz ifadələr işlətməsi olub. Qeyd edək ki, Zaur Əliyev bu il noyabr ayının 8-də Moskvada həbs olunaraq, Azərbaycana ekstradisiya olunub (“Zayka”x9dnın həbsi ilə bağlı yayılan video yazının sonunda - red.).
Onun həbsi və Azərbaycana göndərilməsi düşmənlərinin qisas alması üçün fürsət yaradıb. Necə olubsa, “Zayka”x9d Lotu Qulinin adamları ilə eyni həbsxanaya salınıb(?). Bu zaman “Zayka”x9ddan söyüşlərin “hesabı”x9d sorulub. Onlar başçı ”“ “Lotu Quli”x9d ilə telefon bağlantısı yaradaraq “Zayka”x9dya işgəncə vermək üçün təlimatlar alıblar. Dəhşətli əzablara məruz qoyulan “Zayka”x9d Lotu Qulini söydüyünə görə üzr istəyib. Məlumata görə, ona verilən işgəncələrin hamsı lentə alınıb.
Bildirək ki, “Zayka”x9dnın hansı klana aid olduğu barədə bir mənalı fikir yoxdur. Lakin “Quli”x9dyə qarşı açıq savaşması onun Rövşən Lənkəranskinin adamı olduğu fikrini yaratmışdı.
Əgər doğrudan da “Zayka”x9d Lənkəranskinin adamıdırsa, uzun illərdir ki, oğru dünyasının iki “nəhəngi”x9d arasındakı ədavət daha da qızışacaq. Ehtimala görə, Rövşən Lənkəranskinin adamları “Quli”x9dnin yaxınlarından kimisə eyni şəkildə aşağılayacaqlar.
Sonda qeyd edək ki, baş verən bu hadisə hər şeydən öncə Azərbaycan həbsxanaları ilə bağlı biabırçı mənzərəni ortaya qoyur. Görəsən, saatlarla davam edən bu dəhşətli dram həbsxanada necə baş verib? Kriminal avtoritetə işgəncə verən şəxslər telefonla Quli ilə danışıblar və bütün proses lentə alınıb. Onlar dəmir barmaqlıqlar arasında belə asudə vaxtı, rahat şəraiti necə əldə ediblər? Həbsxanaların qisas düşərgəsinə çevrilməsi görəsən, kimin günahıdır?
Məsələ ilə bağlı Penitensiar xidmətin rəhbərliyinin mövqeyini verməyə hazırıq.































































































