Ötən həftə Rusiya hüquq-mühafizə orqanları KİV-lərə məşhur azərbaycanlı kriminal avtoritet, “Rövşən Lənkəranski”x9d ləqəbi ilə tanınan Rövşən Canıyevin “sağ əli”x9d kimi təqdim olunan “Rufo Gəncinski”x9d ləqəbli “qanuni oğru”x9d Ulfət Tağıyevin “Ded Xasan”x9dın öldürülməsi ilə bağlı istintaqa sensasion ifadə verdiyi barədə məlumat aranı qatıb.
Həmin xəbərdə deyilirdi ki, ötən ilin sentyabrında Moskvada həbs olunan “Rufo”x9dnun “Ded Xasan”x9dın qətlində əlinin olduğunu etiraf edib. Və istintaq da dərhal “Ded Xasan”x9dın qətlinin “Rövşən Lənkəranski”x9d tərəfindən sifariş verildiyi versiyasını yenidən gündəmə gətirmişdi.
“Rufo”x9dnun həbsi “Lənkəranski”x9dni yenidən hədəfə gətirmək məqsədi güdə bilər və bunda Rusiyanın hüquq-mühafizə orqanlarının da marağının olması mümkündür.
Bu xəbərlərdən sonra İspaniya həbsxanasından buraxıldıqdan sonra oktyabrın 29-da Rusiyaya qayıdan “Şakro Molodoy”x9d ləqəbli məşhur “vor zakon”x9d Zaxari Kalaşovun yaxın vaxtlarda bütün keçmiş sovet respublikalarından olan kriminal avtoritetlərin iştirakı ilə “sxodka”x9d keçirməyə hazırlaşdığı barədə məluma yayılması da diqqət çəkdi. Qeyd edək ki, Rusiya və keçmiş postsovet məkanında kriminal imperiyasının lideri olmağa əsas namizəd hesab edilən “Şakro Molodoy”x9d “Ded Xasan”x9dın qətlini araşdırır. O, hətta “Ded”x9din məzarı üstə and da içib.
Rusiyaya qayıtdıqdan sonra vaxtının çox hissəsini Moskva ətrafındakı Odintsovo rayonundakı Razdorı qəsəbəsindəki kottecdə keçirən “vor zakon”x9d la görüşmək istəyənlər çoxdur. Lakin “Şakro”x9d onların demək olar ki, hamısına rədd cavabı verir. Bildirir ki, hələ işlərlə bağlı kursda deyil və vəziyyəti öyrənir. Görüş üçün müraciət edənlərin sayının çoxluğunu nəzərə alan “Şakro”x9d mesaj göndərib ki, tezliklə genişmiqyaslı “sxodka”x9d keçirəcək və kriminal aləmdə cərəyan edən proseslərlə bağlı bütün məsələlərə orada aydınlıq gətirilməsinə çalışacaq.
Gözlənilir ki, bu toplantıda yüzlərlə “vor zakon”x9d iştirak edəcək. “Sxodka”x9dnın dəqiq vaxtı və yeri isə hələlik məlum deyil.
Kriminallar arasında əsl savaş gözlənildiyi bir vaxtda “Lənkəranski”x9dnin “Ded Xasan”x9dın qətli ilə bağlı məsələdə hədəfə çıxarılması təsadüfi deyildi.
Bu məsələyə diqqətçəkən “Moskovskiy komsomolets”x9d yazır ki, “Rufo”x9dnun “Ded Xasan”x9dın öldürülməsi ilə bağlı ifadəsi şübhəlidir. Kriminal aləmin nümayəndələrinin qəzetə bildirdiyinə görə, “Rufo”x9d doğrudan da “Rövşən Lənkəranski”x9dyə borcludur. Çünki “Rufo”x9dnun başına “vor”x9d tacını 2012-ci ildə Dubayda şəxsən “Rövşən Lənkəranski”x9d qoyub, özü də “Ded”x9din öldürülməsindən iki həftə əvvəl.
Amma kriminal aləmin nümayəndələri deyirlər ki, “Ded”x9din qətlinin “Lənkəranski”x9d tərəfindən sifariş verilməsi daha çox polisin uydurmasıdır.
Doğrudur, istintaqda “Lənkəranski”x9dnin “Ded”x9ddən yaxa qurtarmağın işin xeyrinə olacağı barədə telefon danışığı var. Ancaq “Rufo”x9dnun istintaqda dediyi kimi, “Ded”x9di vuran killerin hadisə yerindən uzaqlaşması üçün marşrut işləyib hazırlaması versiyası tutarlı hesab olunmur. Çünki “Ded”x9di peşəkar killer-snayper vurub və bu cür peşəkarlar aradan çıxmaq üçün hansısa marşruta ehtiyac duymurlar. Xüsusən də “Rufo”x9d kimi orta səviyyəli “vor”x9d tərəfindən hazırlanmış marşruta...
Bildirilir ki, “Rufo”x9d həbs olunandan sonra “Matrosskaya tişina”x9d həbsxanasının xüsusi blokunda saxlanılır. O, həbs olunandan sonra istintaqa ifadə verməyib və məlumata görə, özünü dəliliyə vurub. “Rufo”x9dnu hətta müalicə üçün psixiatrik xəstəxanaya da aparıblar.
Ehtimal olunur ki, “Rufo”x9d özünü “Ded Xasan”x9dın qətlinin təşkilatçısı kimi qələmə verməklə təcridxanada saxlanılma şəraitini yaxşılaşdırmağa çalışır. Yaxud onun məqsədi istintaqı çaşdırmaqdır.
Rusiya kriminalının “xaç atası”x9d sayılan Aslan Usoyanın qətlindən keçən 23 ayda bu işin məhz “Rövşən Lənkəranski”x9dyə “yüklənməsində”x9d maraqlı olan qüvvələrin ilk həmləsi deyil. Bundan əvvəl də “Lənkəranski”x9d ilə yaxın münasibətləri olan Cemal Mikeladzenin də həbsxanadan “etiraf”x9d məktubu yayılmışdı. Kriminal aləmdə “Cemo”x9d ləqəbi ilə tanın Cemal Mikeladze guya hüquq-mühafizə orqanlarına yazdığı iddia edilən məktubunda “Ded Xasan”x9dın qətli ilə bağlı “sirləri açırdı”x9d. Məktubda iddia edilirdi ki, “Ded”x9dlə bağlı qətl planını müzakirə etmək üçün “Rövşən Lənkəranski”x9d, Merab və Levan Canqveladze qardaşları Romada görüşüblər. Sonrakı görüşdə isə Levan Canqveladzeyə “Val”x9d tüfəngi verilib. Mikeladzenin məktubunda qətl planının maliyyəsinin və həyata keçirilməsinin əsas fiqurantı kimi “Rövşən Lənkəranski”x9dnin adı keçirdi. Bu məktubun məhz əsas cinayəti “Lənkəranski”x9dyə “yükləmək”x9d məqsədi ilə yayıldığı açıq hiss olunurdu. Sonradan məktubu “Ded”x9d klanın ortaya atdığı barədə ciddi şübhələr vardı.(qaynar.info)



































































































