Mehman Səlimovun həbsinin qaranlıq tərəfləri...

Hazırda oxunan: Mehman Səlimovun həbsinin qaranlıq tərəfləri...

63262
Moderator.az-a iki gün öncə həbs olunan müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun işiylə bağlı daha bir sensasiya hesab olunacaq məlumat daxil olub. 

Bildirilir ki, keçmiş nazir müavininin həbsinə əsas səbəb eks nazir Səfər Əbiyevin inanılmaz formada cəzalandırılması imiş. Belə ki, M. Səlimovun doğrudan da keçmiş nazirlə qeyri-rəsmi ilişgiləri üzə çıxarılıb və bütün dosye ən yüksək səviyyədə məruzə edildikdən sonra həbslə bağlı qərar verilib. Saxta tenderlərdən tutmuş xaricdən ləvazimatların alınmasına, silahlı qüvvələrin təchizatından tutmuş ərzaq ehtiyatlarının formalaşmasınadək bir çox sahələrdəki sənədləşmələri incəliyən səlahiyyətlilər nöqsanların miqyasının böyüklüyünü lazımi ünvanlara çatdırıblar. Məbləğinsə gələn ilki hərbi büdcəni üstələdiyi iddia olunur...
Bildirilir ki, keçmiş nazirə yaxın olan daha bir məhşur persona da çətin günlər yaşayır və onu da ötənlərdə təchizat məsələlərindəki maxinasiyalara görə xeyli sıxma-boğmaya salıblar. Hələlik həbs məsələsi gündəmdə olmasa da dəymiş zərərəin ödənilməsi tələbi qüvvədə qalır və sonrakı addımlar qeyri-rəsmi olaraq təqsirləndirilən şəxslərin davranışlarından asılı olacaq... 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin