Mərdəkanda 22 yaşlı gənc bıçaqlandı

Hazırda oxunan: Mərdəkanda 22 yaşlı gənc bıçaqlandı

61238
Xəzər rayonu Mərdəkan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. 

ANS PRESS-in məlumatına görə, 3 Saylı Şəhər Xəstəxanasına zəng edən şəxs qəsəbə sakini 22 yaşlı Ceyhun İbrahimovun bıçaqlanmasını bildirib. 

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Dərhal əməliyyat olunan Ceyhun İbrahimovun həyatını həkimlər xilas edə biliblər. 

Baş verən hadisə barədə xəstəxanadan məlumat alan Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlari isti izlərdən keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsi yaxalayıb. 

Saxlanılan şəxs istintaq şöbəsinə təhvil verilib. 

İstintaq sirri olduğundan saxlanılan şəxsin adı hələ açıqlanmır. 

Verilən məlumata görə, tanış olan tərəflər arasında mübahisə şəxsi münasibətlər zəminində baş verib. 

Faktla bağlı başlanan araşdırmalar davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin