Haqqında günlərdir danışılan dəhşətli cinayətlə bağlı bir çox versiyalar səslənməkdə davam edir. Belə ki, ilk öncə bacısının başını kəsən Pərvanənin cinsi azlıq nümayəndəsi olduğu deyildi, sonra isə onun psixoloji problemi olmaq ehtimalı səsləndi. Daha bir versiya kimi isə qısqanclıq zəminində cinayətin baş verdiyi açıqlandı.
Məlumata görə, mətbuatda yayılan başqa bir informasiyada o da bildirilirdi ki, öldürülən 20 yaşlı Günel anasına bacısı Pərvanənin çox pul xərcləməsindən şikayət edirmiş. Ancaq Pərvanənin hara və nə üçün pul xərclədiyi barədə məlumat verilməmişdi.
Haşiyədən çıxıb əldə etdiyimiz mənbəyə istinadən bir az da qızların ailəsindən qısa məlumat verək”¦ Nuriyevaların atası Etibar Nuriyev barədə Şəkidə ancaq müsbət danışılır. Belə ki, Etibar Nuriyev Şəki bələdiyyəsində çalışan zaman xeyirxahlığı ilə yadda qalıb. Qazandığı uğurları isə yalnız öz zəhməti hesabına əldə edib. Qızlarını da tərbiyəvi mühitdə böyüdüb. Bəs, necə ola bilər ki, belə bir cinayət bu ailədə reallaşsın?
Qayıdaq Pərvanənin çox pul xərcləməsinə və böyük bacının anasına şikayətinə. Cinayətin baş verməsinə səbəb kimi narkotik ehtimalı ola bilər. Belə ki, musiqi aləmində narkotik maddələr geniş yayılıb. Buna misal olaraq, Azərbaycan şou-biznes nümayəndələrinin narkotik faktlarını göstərmək olar. Adətən narkotik imkanlı ailələrin övladlarına yoluxdurulur ki, daha çox pul əldə olunsun. Həm də böyük qızın anasına bacısının çox pul xərcləməsindən şikayəti bu ehtimalı gücləndirir. Onun psixoloji durumu isə narkotik asılılığı kimi qiymətləndirilə bilər. Və qatilin də musiqi akademiyasında təhsil aldığını nəzərə alsaq, ehtimal bir qədər də güclənmiş olur.
Məlumata görə, İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov da onunla görüşündən sonra qatilin psixoloji pozuntuları olduğunu qeyd edib. Həmçinin, Pərvanənin ifadəsində, “Yuxuda dedilər ki, vaxtı çatıb, qalx, öldür” deməsi də onun ruhi vəziyyətinin normal olmadığı qənaəti yaradır. Bundan başqa, Pərvanənin bacısına 22 bıçaq zərbəsi vurması və daha sonra başını kəsməsi ondan xəbər verir ki, qız cinayəti törədən zaman özündə olmayıb.
Təbii ki, bütün bunlar sadəcə hadisəyə baxışdan yaranan ehtimallardır və iş üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə araşdırılır. Ekspertizaların nəticəsində və istintaqın yekununda səslənən versiyaların hansının düzgün olduğu məlum olacaq.(faktxeber.com)
































































































