Cəhri qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Hazırda oxunan: Cəhri qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

596226

Cəhri qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Naxçıvan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Babək Rayon Cəhri qəsəbəsində mənzillərdən birindən oğurluq olması ilə bağlı polisə məlumat daxil olub.

Babək Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədən Cəhri qəsəbə sakini 1998-ci il təvəllüdlü Valeh Vəliyev şübhəli şəxs qismində saxlanılmış oğurladığı qızıl-ziynət əşyaları maddi sübut kimi götürülüb.

Valeh Vəliyevin barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış, əməliyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin