Ər 34 yaşlı arvadını 8 ay qapalı otağa zəncirləyib- Bakıda

Hazırda oxunan: Ər 34 yaşlı arvadını 8 ay qapalı otağa zəncirləyib- Bakıda

57207
Bakıda baş vermiş dəhşətli cinayət əməli ilə bağlı polisə müraciət daxil olub. 


Moderator.az  xəbər verir ki, lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Səbail rayonu Nemanzadə küçəsi (20-ci sahə adlanan ərazidə yerləşir) küçəsində yaşayan 1980-ci il təvəllüdlü Almazova Fidan Veyis qızı (adlar şərtidir) saat 00:15 radələrində 8-ci Polis Bölməsinə gəlib. Qadın bildirib ki, həyat yoldaşı, 1977-ci il təvəllüdlü Almazov Rafael Ramazan oğlu (adlar şərtidir) uzun müddətdir ki, ona dəhşətli işgəncələr verir. Belə ki, 34 yaşlı qadın qeyd edib ki, bu ilin yanvar ayında həyat yoldaşı onu vəhşicəsinə döyərək qolunu sındırıb. Daha sonra o, qadını 8 ay müddətində qapalı otaqda zəncirlənmiş formada saxlayıb və onu dəfələrlə döyüb, digər alçaldıcı hərəkətlər edib.

F.Almazova qeyd edib ki, 8 ay müddətində otaqdan bayıra çıxa bilməyib və ilk fürsət düşən kimi polisə müraciət edib. Qadın onu da qeyd edib ki, əri onu polisə müraciət edəcəyi təqdirdə ölümlə hədələyib. Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin