Məşhur azərbaycanlı avtoritet azadlıqda

Hazırda oxunan: Məşhur azərbaycanlı avtoritet azadlıqda

56920
Ötən ilin mart ayında üzərində "Makarov" tipli tapança aşkar olunduğu üçün həbs olunan “Rafiq Masallinski” (Rafiq Eyvazov) sərbəst buraxılıb. 
 
Rafiq Eyvazov bir neçə gün əvvəl Masallıda toy mərasimində də iştirak edib. Avtoritetin yanında kriminal nüfuzlu şəxslərin olduğu da bildirilir.
 
Qeyd edək ki,  2013-cü ildə “Rafiq Masallinski” Nəsimi rayonu ərazisində saxlanılmışdı. “Bandotdel”in keçirdiyi əməliyyat nəticəsində üzərinə baxış zamanı ondan sandıqçasında 5 ədəd patron olan "Makarov" tipli tapança aşkar edilərək götürülmüşdü. 
 
Xatırladaq ki, o, əslən Masallıdan olan tanınmış və mərhum “qanuni oğru” Məmməd Hüseynovun (“Masallı Mamed”) sağ əli olub.(qafqazinfo.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin