Xaçmazda 26 yaşlı gənc boğazından bıçaqlanıb

Hazırda oxunan: Xaçmazda 26 yaşlı gənc boğazından bıçaqlanıb

55650
 Xaçmaz şəhəri ərazisində bıçaqlanma faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini, 1988-ci il təvəllüdlü Mahmudov Vüqar Tacəddin oğlu boğaz və döş qəfəsindən çoxsaylı bıçaq xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
 
Ona boynun və döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub, vəziyyəti ağırdır.
 
Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb, araşdırmalar davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin