Bosman "Ağdam"da qaçaqmal daşıyırmış - Rəsmi

Hazırda oxunan: Bosman "Ağdam"da qaçaqmal daşıyırmış - Rəsmi

55376
Azərbaycan gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirirlər.      
 
Bu günlərdə Bakı Baş Gömrük İdarəsinin “Bərə keçidi” gömrük postunda Qazaxıstanın Aktau limanından Bakı şəhərinə “Ağdam” gəmisi ilə daxil olmuş yüklərə və həmin gəmiyə gömrük baxışı keçirilərkən, gəmidə işləyən bosmana məxsus olan otaqların birindən içərisində müxtəlif spirtli içkilər olan 19 qutu, gəminin 1-ci mərtəbəsində olan tryumdan qəza çıxışının altından içərisində spirtli içkilər olan 12 qutu, gəminin mühərrik olan bölməsinin boru olan hissəsindən içərisində spirtli içkilər olan 1 qutu çıxıb. Bundan savayı, gəminin giriş hissəsində sol tərəfdə yerləşən otaqdan 1 ədəd təzə “Beko” markalı aspirator və tranzit gömrük proseduranda Qazaxıstandan Gürcüstana gedən sistern vaqonlarının hər birinin təkərlərinin üzərində olan boşluqdan gömrük nəzarətindən gizlədilərək gətirilmiş hər birinin içərisində təxminən 15 kq olan 6 kisə fındıq ləpəsi, müxtəlif markalı spirtli içkilər olan qutular və 1 ədəd təzə “Beko” markalı  aspirator aşkar olunub.   
 
Ümumilikdə, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları “Ağdam” gəmisindən bəyan olunmayan 6 kisə fındıq ləpəsi yükü, 2 ədəd aspirator və üzərilərində Azərbaycana məxsus aksiz markaları olmayan müxtəlif markalı 231 ədəd şərab, 55 ədəd araq, 16 ədəd likyor, 42 ədəd viski yükü aşkar ediblər.    
 
Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.     
 
 Faktla bağlı təhqiqat aparılır 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin