İstintaq Təcridxanasında telefon qalmaqalı

Hazırda oxunan: İstintaq Təcridxanasında telefon qalmaqalı

54692
Bakı İstintaq Təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Moderator.az -ın Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan, Asif Hafiz oğlu Nadirova Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 1 mənzil 40 ünvanında yaşayan vətəndaş Rauf Nurəddin oğlu İbrahimovun gətirdiyi sovqata baxış keçirilən zaman qara rəngli idman çantasının alt hissəsinin kartonuna kustar üsulla yerləşdirilmiş, daxilində danışıq kartı olmayan bir ədəd “Nokia” markalı mobil telefon aparatı və iki ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Asif Hafiz oğlu Nadirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1; 180.2.3; 180.2.4 və 180.2.5 maddələrinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin