Bakıda 3 nəfəri bıçaqlayan şəxs tutulub

Hazırda oxunan: Bakıda 3 nəfəri bıçaqlayan şəxs tutulub

54399
Bakıda 3 nəfəri bıçaqlayan şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 5-də Binəqədi qəsəbəsi yeni yaşayış massivində qeydə alınıb. Naməlum şəxs bıçaqla İmişli rayon sakinləri - Tural Rüstəmova, Tacəddin Abbasova və Anar Rüstəmova xəsarət yetirib.
 
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Valeh Həsənov tutulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin