Azərbaycanda universitetdən qovulan tələbə özünü asdı

Hazırda oxunan: Azərbaycanda universitetdən qovulan tələbə özünü asdı

51735
Ağstafa rayon sakini özünü kəndirlə asaraq intihar edib.

Ağstafa Rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə hadisə rayonun mərkəzində Səməd Vurğun küçəsində baş verib. Rayon sakini, 1992-ci il təvəllüdlü Nicat Həsənov yaşadığı evdə özünü asaraq intihar edib.
 
Məlumata görə, N. Həsənov Rusiyada tibb universitetində oxuyurmuş. Oradan xaric olunduqdan sonra rayonda babası ilə yaşayırmış. N. Həsənov ölümündən əvvəl atasına məktub da yazıb. Nicat məktubunda ondan adam olmayacağını, anasının yanına getdiyini, anasının onu qoruyacağını yazıb.
 
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma gedir. 
Azərbaycanda universitetdən qovulan tələbə özünü asdı Azərbaycanda universitetdən qovulan tələbə özünü asdı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin