Qarabağ qazisi Ramil Usubovdan kömək istəyir...

Hazırda oxunan: Qarabağ qazisi Ramil Usubovdan kömək istəyir...

51479
Dünən ölkə prezidenti İlham Əliyevin Ağdamda rayon ictimaiyyəti ilə keçirdiyi görüşdə müharibə veteranlarına diqqət göstərilməsinin vacibliyini bir daha vurğulaması yəqin ki, diqqətdən yayınmadı. Ancaq prezidentin verdiyi ciddi tapşırığa zidd olan bir şikayət məktubu almışıq. 

Moderator.az olaraq prezidentin bu çağırışına qoşularaq və daxili işlər naziri Ramil Usubovun bu tip məsələləri hər zaman diqqətdə saxladığına ümid edərək problemi ictimailəşdirməyi qərara alıb və tezliklə haqqı bərpa olunacaq şikayətçinin nazirə minnətdarlıq məktubunu da oxucularımıza təqdim edəcəyimizə inanırıq...

Daxili İşlər Naziri, polis general-polkovniki, cənab Ramil Usubova

Surəti: Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general mayoru cənab Sərvər Mehrəliyevə

Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi,
F.Rüstəmov küçəsi, ev 44 ünvanda yaşayan
Qarabağ müharibəsi veteranı
Əmiraslanov Niyaz Vəli oğlu tərəfindən
Tel: 050 626 95-52
                                                                         Ə R İ Z Ə

Cənab Nazir!

Yazaraq, Sizi məlum edirəm ki, məlum hadisələr zamanı 1988-cı ildə ailəmizlə birlikdə Ermənistan Respublikasından qaçqın düşərək yuxarıda göstərilən ünvanda məskunlaşmışıq. Mən və qardaşım Adil Əmiraslanov ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə iştirak etmişik. Qardaşım Ağdam, Ağdərə istiqamətində, mən özüm isə Laçın bölgəsində ön cəbhədə olmuş, keçirilən hərbi əməliyyatlarda döyüşmüşük. Atam Əmiraslanov Vəli Böyük Vətən müharibəsi zamanı arxa cəbhə veteranıdır.
Biz xalq və Vətən üçün əlimizdən gələnləri əsirgəməmişik. Lakin iş adamı Azad İsmayılov bizim bu ölkədə yaşamağımızı bizlərə haram edib. Cəzasızlıq şəraitində ağlına nə gəlir, nə istəyir onu da edir. Az qalıb ki, nəfəs almağımıza da imkan verməsin. Dəfələrlə onun bu qanunsuzluqlarına və başımıza açdığı oyunlarla bağlı müvafiq qurumlara müraciət etsək də heç bır tədbir görülmədi. Bundan iştahlanan Azad İsmayılov 17 yanvar 2014-cü il tarixdə azğınlaşaraq “Riyad” Mühafizə Xidmətinin əməkdaşları vasitəsi ilə evimizə hücum çəkdirmiş, ailəmin gözü qarşısında məni və atamı döydürmüşdür. Nəticədə biz müxtəlif bədən xəsarətləri almışıq. Atamın qolu sındırılmışdır. 
Bununla bağlı 20 yanvar 2014-cü ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə şikayət ərizəsi versək də, bu günədək ərizəmizə baxılmayıb. Beş aydan artıqdır ki, Binəqədi RPİ-yə ayaq döysəm də, şikayətimin baxılması qulaqardına vurulur. Artıq 5-ci müstəntiqdir ki, ərizəm onun qovluğunda bir küncə atılıb qalır. Müstəntiq Qarayev Elşən işə baxmır, onun qəbuluna düşmək müşkül məsələyə çevrilib. Bu azmış kimi bizim günahkar çıxarılmağımıza cəhd göstərilir.
Bütün bunları nəzrə alaraq Sizdən xahiş edirəm:
Mənim və atam Əmiraslanov Vəli Məhəmməd oğlunun iş adamı Azad İsmayılovun təhriki və sifarişi əsasında “Riyad” mühafizə xidmətinin əməkdaşları tərəfindən döyülməyimlə bağlı 20 yanvar 2014-cü il tarixində Binəqədi RPİ-yə verdiyim şikayət ərizəsi araşdırılsın və günahkarlar cinayət məsuliyyətinə cəlb edilsinlər. Eyni zamanda tutduğu vəzifədə səhlənkarlığa və məsuliyyətsizliyə yol verdiyinə görə Binəqədi RPİ-nin müstəntiqi, polis kapitanı Qarayev Elşən barəsində müvafiq tədbir görülsün.
Ümid edirəm ki, ərizəm diqqətə alınacaq.

İmza / Əmiraslanov N.V.
07.08.2014


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin