Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Kəlbəcərdə girov götürülmüş azərbaycanlıların azad olanaraq Azərbaycana qaytarılması istiqamətindəki fəaliyyətini gücləndirməlidir.
Bunu Moderator.az-a açıqlamsında millət vəkili Çingiz Qənizadə deyib. Deputatın sözlərinə görə, artıq girovlara işgəncə verilməsi ilə bağlı məlumatlar var və bu bir hüquq müdafiəçisi kimi onu ciddi narahat edir:
“Çünki beynəlxalq konvensiyalara uyğun olaraq girov götürülən mülki şəxslərə qarşı bu cür işgəncələrə verilməsi yolverilməzdir. Ermənilər isə bu qaydaları kobud surətdə pozurlar. Ona görədə BQXK fəaliyyətini sözdə deyil, əməli işə keçərək girovların azad olunaraq tez bir zamanda geri dönməsi üçün qurumun Xankəndi və İrəvandakı nümayəndələrini cidd qaydada bu prosesə cəlb etməlidir. Bundan əlavə olaraq öldürülən şəxsin də nəşinin qısa zamanda alınmasına nail olmalıdırlar.”
Millət vəkili onu da əlavə etdi ki, girov götürülənlərdən biri milliyətcə azərbaycanlı olsa da Rusiya vətəndaşı olduğundan Rusiya hökuməti erməni tərəfini vadar edərək onun azad olunması üçün ciddi tədbirlər görməlidir.
Hüquq müdafiəçisi vurğuladı ki, ermənilərin beynəlxalq konvesiyaları kobud şəkildə pozması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib onların bu qanunsuz əməllərinə son qoyulmasını tələb etmək lazımdır. Hesab edirəm ki, Azərbaycan hüquq müdafiəçilərinin birgə belə bir müraciətinə ehtiyac var."
































































































