Zaqatala rayonunda axtarışda olan şəxs Bakıda tutulub. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatalada uzun müddət axtarışda olan Vaqif İsmayılov saxlanılıb. Hüquq-mühafizə orqanları onu Bəsti Bağırova küçəsində yaxalayıb.
Qeyd edək ki, Vaqif İsmayılov Zaqatala rayon polis şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olub.
Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.