Qurban Məmmədovun məhkəməsində dövlət ittihamçısını tər aparıb...

Hazırda oxunan: Qurban Məmmədovun məhkəməsində dövlət ittihamçısını tər aparıb...

49604

Moderator.az xəbər verir ki, iyulun 8-də Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi, tanınınmış vəkil Qurban Məmmədovun Nəsimi Rayon Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılaraq İlqar Murquzovun sədrliyi ilə növbəti məhkəmə iclası keçirildi. Qurban Məmmədovun müdafiəçisi Fəxrəddin Mehdiyev çıxış edərək Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş “obyektivlik”, “qərəzsizlik” və “ədalət” prinsiplərinin Qurban Məmmədova münasibətdə kobud şəkildə pozulduğu barədə geniş müdafiə nitqi ilə çıxış edərək, Q.Məmmədovun ictimai bəraətini, siyasi bəraətini çoxdan almış olduğunu, Q.Məmmədovun vermiş olduğu və təmin edilməyən vəsatətlərinin gələcəkdə cinayət prosessual elmi baxımından öyrənilməsinin Azərbaycan Cinayət Prosessual elminə böyük töhfələr verəcəyini, Q.Məmmədovun həm də Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri olduğunu, hakimlərə üz tutaraq onların başlarının üzərində olan gerbimizin orada asılamsında xidmətləri olan bir ziyalının bu cür qondarma ittihamlarla təqsirləndirilərək qanunda nəzərdə tutulmayan bir cəzaya məhkum edilməsinin Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş “obyektivlik”, “qərəzsizlik” prinsiplərinin pozulmasının bariz nümunəsi olduğunu, Q.Məmmədova qarşı olan sübutların heç birinin mötəbər olmadığını və bu “sübutlar”la ittiham hökmünün çıxarılmasının Cinayət Prosessual elmi baxımdan mümkün olmadığını, Q.Məmmədovun həbsinin çox təhlükəli presedent yaratdığını, hakimlərdən yalnız ədalətli qərar verəcəklərini gözlədiyini bildirdi.

Sonra söz dövlət ittihamçısına verildi və o da tər tökə-tökə Q.Məmədovun təqsirinin tam sübuta yetirildiyini bildirdi və verilmiş cəzanın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi.

Sonra söz təqsirləndirilən şəxsə verildi. Q.Məmmədov prokurora işi oxumadığını irad tutaraq,  işdə bir-birinə zidd olan məqamları qeyd etdiyi vaxt onun mikrafonu söndürüldü. Onun şüşə qəfəsin arxasında danışdıqları eşidilmədi və bu zaman zalda əyləşənlərdən bir neçə nəfər “Niyə qoymursuz sözünü desin. Əgər dinləmək fikiriniz belə yox idisə niyə bu ədalət mühakiməsinin imitasiyasını təşkil etmisiniz?”- deyə buna etiraz etdilər.

Sədrlik edən hakim həmin şəxsin də məhkəmə zalından çıxarılmasına göstəriş verdi və bundan sonra məhkəmənin müşavirəyə getdiyini və qərarın sabah, yəni 09 iyul 2014-cü il saat 10:00-da elan ediləcəyini bildirərək iclası yekunlaşdırdı. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin