Bank fırıldaqçısı yaxalandımı”¦?

Hazırda oxunan: Bank fırıldaqçısı yaxalandımı”¦?

49258
Bir neçə gün öncə Moderator.az-da “Bank Respublika”nın Sabirabad filialı barədə daxil olmuş ilginc məlumat əsasında yazı getmişdi
 
“Əslən Saatlıdan olan 40-a yaxın vətəndaşın adına saxta arayışlar yazılmaqla təxminən 450 min manat pulun fırıldaqla mənimsənilməsi üzə çıxıb. Saatlıda həmin bankın filialı olmadığına görə Sabirabad filialının rəhbəri Ağəddə Babayev Cabir Cahangirov adlı əslən Saatlıdan olan bir şəxslə əlaqəyə girərək həmin rayondakı təhsil, səhiyyə, o cümlədən gigiyena-epidemologiya, baytarlıq, suvarma və tikinti idarələrinin saxta arayışları hesabına külli miqdarda pul mənimsəyiblər.
Bir ay öncə bankın rəhbərliyi filialda yoxlama apararkən cinayətin üstü açılıb və cinayət ortaqları adıçəkilən idarə-müəssisə rəhbəriyini dilə tutaraq işi birlikdə ört-basdır etməyə çalışsalar da məsələni gizlətmək mümkün olmayıb. Beləliklə, həmin cinayət işi Baş Prokurorluğa göndərilsə də nədənsə adıçəkilən qurum sənədləri baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə deyil, Sabirabad rayon prokurorluğuna göndərib. İşi rayon prokurorluğu araşdırır.”

Beləliklə, ötən yazımızda mövzunu diqqətdə saxlayacağımızı, adıçəkilən şəxslərin və qurumların mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildirmişdik. Amma bununla bağlı kimsə mövqe bildirmək üçün müraciət etməsə də Saatlıdakı mənbələrimizdən əlavə məlumatlar əldə etmişik. Bildirlir ki, Ağəddə Babayev filialın müdiri vəzifəsindən kənarlaşdırlaraq nə qədər qəribə də olsa problemli kreditlər şöbəsinə müdir təyin edilib.Cabir Cahangirovsa baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılaraq barəsində cinayət işi qaldırılıb. Maraqlıdır ki, C. Cahangirov həbs edilsə də onunla əlbir olaraq sənədləri saxtalaşdıran idarə-müəssisə müdirləri haqqında hər hansı ölçü götürülməyib. Bu məlumatların nə dərəcədə doğru olduğunu iddia etmək istəmirik, bunun üçün adıçəkilən qurumun mövqeyini öyrənməyə çalışacağıq.
Mövzunu yenə də diqqətdə saxlayacağıq və əlavə məlumatlar əldə etdikdə onu oxucularla paylaşacağıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin