Boyat xörəyə görə arvadını döyüb öldürdü

Hazırda oxunan: Boyat xörəyə görə arvadını döyüb öldürdü

48693
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli biıinən 1986-cı il təvəllüdlü Əbülfəz Hilal oğlu Məmmədovun məhkəmə prosesi başlayıb. Proses hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçir.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki Çiçək yaşayış massivində yaşayan 28 yaşlı Əbülfəz Məmmədov həyat yoldaşı Günel Məmmədovanı ailə münaqişəsi zəminində qətlə yetirib.

İstintaq araşdırması zamanı müəyyən olunub ki, ər-arvad arasında mübahisə yemək üstündə yaranıb. G.Məmmədovanın ərinə boyat xörək verməsi ailədaxili münaqişəyə səbəb olub. Həyat yoldaşının ona boyat xörək verməsindən hirslənən ər həyat yoldaşını döyüb. Bədən xəsarətləri almış qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.


İlkin dindirmə zamanı Ə.Məmmədov hadisə günü spirtli içki qəbul edərək evə gəldiyini və içkinin təsiri altında belə iş tutduğunu bildirib. Onların birgə nikahlarından bir azyaşlı övladları var.

Məhkəmə prosesi iyulun 1-də davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin