Səddam Hüseynin müavini Nuri əl-Malikini edamla hədələdi...

Hazırda oxunan: Səddam Hüseynin müavini Nuri əl-Malikini edamla hədələdi...

48592
Səddam Hüseynin müavini Nuri əl-Malikini edam edəcəyi ilə hədələyib.

Son günlərdə İraqda  fəallaşan Səddam Hüseyn tərəfdarları baş nazir Nuri əl-Malikiyə qarşı təhdidlə çıxış edirlər. 

Moderator.az xarici mətbuta istinadən yazır ki, son belə bir təhdidlə vaxtilə Səddam Hüseynin müavini olmuş İzzət al-Douri çıxış edərək, Nuri əl-Malikini edam edəcəyi ilə hədələyib. İ.Douru bəyan edib ki, o  bu niyyətini  Ramazan ayının sonunadək həyata keçirəcək və Nuri əl-Malikini edam edəcək.
Sabiq vitse-prezident İ. Douru  Malikiyə xəbərdarlıq edərək bildirib ki, əyninə hərbi forma geyinsin, əks təqdirdə onu İraq ordusunun qaydalarına əsasən güllələməyəcək, asacaq.
Qeyd edək ki, Douri keçən həftə İŞİD qüvvələrinin Mosulu işğal etdikdən sonra ictimaiyyət arasında görünüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin