DİN: Keçmiş polis işçisi arvadını qısqanclıq zəminində öldürüb

Hazırda oxunan: DİN: Keçmiş polis işçisi arvadını qısqanclıq zəminində öldürüb

45508
Daxili İşlər Nazirliyi Bakıda keçmiş polis əməkdaşının törətdiyi qətllə bağlı məlumat yayıb. 

Moderator.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mayın 2-də Kəngərli rayon sakini Dilavər Əhmədov Yasamal rayonu H.Zərdabi küçəsində kirayədə yaşadığı evdə qısqanclıq zəminində arvadı Günayı boğub.

D.Əhmədov könüllü olaraq Yasamal Rayon Polis İdarəsinə gələrək təslim olub.

Qeyd edək ki, məluma hadisə mayın 2-də Bakının H. Zərdabi küçəsi, 71, mənzil 176-da qeydə alınıb. Həmin ünvanda yaşayan, 1978-ci il təvəllüdlü Dilavər Nadir oğlu Əhmədov həyat yoldaşı, 1989-cu il təvəllüdlü Günay Eldar qızı Əhmədovanı boğaraq öldürüb.

Qeyd edək ki, D.Əhmədovun keçmiş polis işçisi olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin