Səbayel İcra Hakimiyyətində oğurluq olub

Hazırda oxunan: Səbayel İcra Hakimiyyətində oğurluq olub

44921
Bakı şəhər Səbayel Rayon İcra Hakimiyyətinin nümayəndəliyinin inzibati binasından oğurluq edilib.

Səbayel Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon icra hakimiyyətinin Əlibəyov qardaşları, 84 ünvanında yerləşən 2 saylı nümayəndəliyinin inzibati binasından qapını sındırma yolu ilə 3 ədəd kompüter dəsti, 1 ədəd HP markalı nootbuk və 1 ədəd “WI-Fi” modem oğurlanıb.

Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin