“Allah həmin şəxsə rəhmət eləsin. Aslan Zeynalovun Nizami Rayon İcra Hakimiyyətinə heç bir aidiyyatı yoxdur. O, Mənzil Kommunal Təsərrüfatı Birliyinin 67 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin fəhləsi olub” - bu sözləri “Yeni Müsavat”a Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Babək Tatlıyev deyib.
Qeyd edək ki, 2 gün əvvəl Nizami rayonu, Qafqaz küçəsində üç uşaq atası, 1969-cu il təvəllüdlü, əslən Naxçıvandan olan Zeynalov Aslan Valeh oğlu öz evinin zirzəmisində intihar edib. İlkin məlumatlarda onun Nizami Rayon İcra Hakimiyyətində küçə-yol şəbəkəsinin təmizlənməsi şöbəsinin müdiri olduğu qeyd edilirdi.
İntiharın səbəbi müəyyən edilməyib. Faktla bağlı CM 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.




































































































